Metro istifadəçilərinə ŞAD XƏBƏR: tezliklə açıqlanacaq


Bakı metrosunda sıxlıq demək olar ki, ənənəvi hal alıb. Bəs müvafiq qurum sıxlığı necə tənzimləyir?

"Bakı Metropoliteni" QSC-nin Mətbuat Xidmətinin rəhbəri Bəxtiyar Məmmədov Musavat.com-a deyib ki, Metropolitendə sıxlığın tənzimlənməsi və sərnişin təhlükəsizliyi bu gün üçün 1 nömrəli vəzifə hesab olunur:

02ZcvpUCBAf37G86XmOhJD0L0Yq1e9G1y91aPnSc.jpg (5.00 MB)

"Bu mənzərə hələ yay aylarında Metropolitenin apardığı monitorinqlər əsasında da görünürdü. Çünki pandemiya dövründə hər hansı bir məhdudiyyət tətbiq edilməyəcəyi təqdirdə təxminən pandemiyaya qədərki ən çox sərnişin daşınan dövrün mənzərəsinin yaranacağı aydın idi. Bu da 2019-cu ilin mənzərəsinin əyani olaraq təkrarlanacağını göstərirdi. Sentyabrın 14-dən sonra qatarların hərəkətində ən optimal qrafikin tətbiqindən sonra aylar üzrə sərnişindaşıma rəqəmləri belədir: ayın 14-dən sonrakı 12 iş günü ərzində metrodan istifadə edənlərin sayı təxminən 750 min civarında idi. Oktyabrın iş günləri ərzində orta statistik sərnişindaşıma 760 minə yaxınlaşmışdı. Noyabrda isə bu göstərici 765 mindən yuxarı olub. Dekabrın ilk 15 günlüyü üçün mənzərə noyabrdakı kimidir. Bütün bunlar sıxlığın aradan qaldırılması üçün texniki cəhətdən digər imkanların tətbiqində, yəni əlavə qatarların ayrılmasında hər hansı bir rol oynamır. Çünki "28 May" - "Həzi Aslanov" istiqamətində 2 dəqiqədən aşağı interval tətbiq etmək qeyri-mümkündür. Qatarların sayının artırılması bu mənada hər hansı rol oynamır. Çünki bu interval gur saatlarda təmin olunur. Qatarlara əlavə vaqonların qoşulması faktiki olaraq qeyri-mümkündür. Çünki Metropolitenin "yaşıl-qırmızı" xətlərinin stansiyaları 5 vaqonluq qatarlar üçün nəzərdə tutulub. Bu mənada digər tənzimləmə mexanizmlərindən istifadə olunur. Bu, ilk növbədə ehtiyat qatarlardır.

Son 1 ay ərzində səhər ehtiyat qatarı artıq 06:40-dan xəttə buraxılır. Bu qatar "Memar Əcəmi" - "Neftçilər" sahəsində hərəkət etməklə sərnişindaşımanın tənzimlənməsində gur saatlarda xüsusi rol oynayır. Çünki belə qatarların xəttə buraxılması hətta 1 saatın daxilindəki dəqiqələr üzrə aparılan monitorinqlərə uyğun olaraq ən sıx dəqiqələrə hesablanır. Belə olduqda "Memar Əcəmi" - "Neftçilər" sahəsində hərəkət edən qatar bir tərəfdən "Memar Əcəmi" - "20 Yanvar" - "İnşaatçılar" - "Elmlər Akademiyası", digər tərəfdən isə "Neftçilər" - "Qara Qarayev" - "Koroğlu" stansiyalarındakı sıxlığın qismən aradan qaldırılmasında müəyyən rol oynayır. Ehtiyat qatarların xəttə buraxılması təkcə gur saatlarda deyil, eyni zamanda günorta saatlarında da xüsusi nəzarətdə saxlanılır. Çünki günorta 1-ci növbənin dərsləri başa çatdıqdan sonra "Elmlər Akademiyası" - "28 May" kimi stansiyalarla yanaşı, "Gənclik" və "Nəriman Nərimanov" stansiyalarında da kifayət qədər sərnişin axınının artmasına səbəb olur. Bu mənada ehtiyat qatarların məhz bu dövrdə də xəttə buraxılması xüsusi nəzarətdə saxlanılır. Bu tənzimləmədən əlavə olaraq, təbii ki, işçi qüvvəsi ilə bağlı tənzimləmələr də xüsusi əhəmiyyətə malikdir.

Gur saatlarda əlavə işçi qüvvəsi ayrılmaqla müvafiq tənzimləmələr həyata keçirilir. Bu tənzimləmələr əsasən stansiya yollarında qapıların tutulub saxlanılmasının qarşısının alınması, sərnişinlərin qatara növbəli rejimdə daha sürətlə minib-düşməsini təmin etmək və digər bu kimi məsələlərlə yanaşı, həm də nəzarət mexanizmləri üçün vacibdir. Bu gün tətbiq olunan ən vacib tənzimləmə mexanizmi artıq platforma səviyyəsinin yüklənmədən qorunması ilə bağlıdır. Ardıcıl olaraq platforma səviyyəsindən sonra eskalatorların giriş-çıxış meydançaları, sərnişinlərin vestibüllərdə hərəkəti və axını, giriş sahələri və keçidlərdə sərnişin axınının tənzimlənməsi bugünkü çıxış yollarında əsas nəzarət mexanizmləridir. Sentyabrın 15-dən sonra sərnişin dövriyyəsində hərəkət təhlükəsizliyi ilə bağlı ciddi nöqsan olmayıb. Sentyabr və oktyabrla müqayisədə noyabr, dekabr aylarında sərnişinlərin metrodan istifadəsində, istifadə qaydalarına riayət etməsində müsbət nüanslar müşahidə olunmaqdadır. Bu, sərnişin axınının artmasına rəğmən, şikayət və narazılıqların azalmasında da özünü göstərir".

Bəxtiyar Məmmədov sərnişinləri gözləyən yeniliklərdən də danışıb:

"Qarşıdakı dövrdə əsas yenilik Metropolitenin 27-ci stansiyasının istismara verilməsi ilə bağlı olacaq. Hazırda "Xocasən" elektrik deposu və "Xocasən" yerüstü stansiyasında işlər həlledici fazadadır. Yəni əsasən qatarların hərəkəti ilə bağlı müvafiq tənzimləmələr həyata keçirilir. Müəyyən sahələrdə sınaq-sazlama işləri aparılır. Stansiya açıldıqdan sonra "Bənövşəyi xətt" üzrə qatarların hərəkətinin təşkili, intervalların tənzimlənməsi, sərnişin axınına uyğun olaraq bütün digər tənzimləmələrlə bağlı, eyni zamanda normativlərə uyğun tənzimləmələrin həyata keçirilməsi üçün işlər sürətlə aparılır. Bu məsələ Metropoliten üçün ona görə xüsusilə vacibdir ki, onun 55 ildən artıq tarixi ərzində ilk dəfədir ki, depo müstəqil şəkildə təhvil veriləcək və fəaliyyətə başlayacaq. Çünki Bakı metrosunun bu gün üçün yeganə deposu olan "Nərimanov" elektrik deposu 1966-cı ildə istismara verilib. Bu, azərbaycanlı mütəxəssislərin həyata keçirdiyi bir layihədir.

Daha bir yeniliyimiz Bakıya gətirilmiş 4 yeni qatar tərkibi ilə bağlıdır. Onlar üzərində istehsalçı müəssisənin mütəxəssisləri sazlama-sınaq işləri aparırlar. Metropoliten Yeni ildə, Dünya Azərbaycanlılarının Həmrəyliyi Günündə ölkəmizdə keçiriləcək tədbirlərlə bağlı monitorinqlər aparır. Eyni zamanda sosial layihələr təqdim ediləcək. Gələn illə bağlı da müəyyən layihələr var. Zamanı gəlincə açıqlanacaq". 

Musavat.com



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}