Gələn il pensiya məbləği nə qədər olacaq? -DSMF sədrindən açıqlama


"Bu il üzrə əmək pensiyalarının orta aylıq məbləği 372 manat təşkil edib. Gələn il üzrə bu məbləğ 423 manat proqnozlaşdırılıb".

Sozcu.info-nun məlumatına görə, bunu Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sədri Himalay Məmişov deyib.

H.Məmişov bu il üzrə gözlənilən yaşa görə əmək pensiyalarının orta aylıq məbləğinin 399 AZN, gələn il üzrə isə 456 AZN müəyyən edildiyini qeyd edib".

H.Məmişov həmçinin, bildirib ki, əmək pensiyalarının orta aylıq məbləği 12% artıb.

musavat.com



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}