31 Dekabr – Dünya azərbaycanlılarının Həmrəylik Günüdür!

“ Qədim və zəngin tarixə malik olan Azərbaycan xalqının dirçəlişini, tərəqqisini və milli birliyini əks etdirən, onu müstəqil dövlətçilik uğrunda müqəddəs və məsuliyyətli mübarizəyə səfərbər edən həmrəylik günü hər bir azərbaycanlı üçün inam və ümid anıdır.”-Ümummilli Lider Heydər Əliyev.
Bir-birinə həsrət qalan Azərbaycan xalqının Şimali və Cənubi Azərbaycan arasındakı sərhəd dirəklərini yıxması, uzun müddət Araz çayı sahilində birləşmək şüarı ilə mübarizə apararaq Azərbaycanı bütövləşdirməyə cəhd edilməsi – bax məhz bu birləşmə istəyinin simvolu idi.  31 dekabr Həmrəylik günü - hər bir azərbaycanlı üçün inam anıdır, ümid anıdır!
Milli həmrəyliyin uğurlu gələcəyini təmin etmiş tarixi bir qərar var. Ümummilli liderimiz Heydər Əliyevin təşəbbüsü ilə Naxçıvan Respublikası Ali Məclisi 1991-ci ilin dekabr ayının 16-da keçirilən iclasında mühüm tarixi qərar qəbul etdi – 31 dekabr dünya azərbaycanlılarının həmrəylik bayramı kimi qeyd olunsun. Ali  Sovetin Milli Şurası bu günün bütün azərbaycanlıların bayramı kimi qeyd olunması qərarını dekabrın 25-də rəsmən qəbul etdi.
Dünya azərbaycanlılarının daha sıx və mütəşəkkil təşkilatlanması üçün Ulu Öndər Heydər Əliyev bu məsələni diqqət mərkəzində saxlayırdı. Belə ki, o xarici dövlətlərə səfərləri zamanı milli birliyin ideoloqu, təbliğatçısı və təşkilatçısı kimi həmin ölkələrdə yaşayan həmvətənlərimizlə görüşür, onların problem və qayğıları ilə yaxından maraqlanırdı. Heydər Əliyev bu barədə dəyərli tövsiyələr verərək, xalqın birləşməsinə və ideoloji həmrəyliyinə nail olmuşdur

“Hər bir insan üçün onun milli mənsubiyyəti onun qürur mənbəyidir. Mən həmişə fəxr etmişəm, bu gündə fəxr edirəm ki, mən azərbaycanlıyam!”-deyən Heydər Əliyevin bu kəlamları milli qürur rəmzinə çevrilmişdir.
Bu bayram dünyanın 70-dən çox ölkəsində yaşayan 50 milyondan artıq azərbaycanlını əhatə edərək, onlar arasında əlaqə, birlik, həmrəylik yaratmaq işində önəmli rola malikdir. Dünya azərbaycanlılarının milli-mənəvi varlığını yaşadan bir dövlət var – Azərbaycan Respublikası. Həmrəylik ideyasının əsasını da məhz Azərbaycan dövlətçiliyinə, xalqımızın dilinə, dininə, milli-mənəvi varlığına və ümumbəşəri dəyərlərə hörmət, onların qorunması və yaşamasına qayğı təşkil edir.
Həmrəylik günü həmçinin Vətənə dərin məhəbbətlə bağlılıq hislərini də təcəssüm etdirir. Dünya azərbaycanlıları yaşadıqları ölkələrdə sosial-iqtisadi, ictimai-siyasi və mədəni həyatda fəal rol oyanayaraq, ölkələrarası qarşılıqlı əlaqələrin genişlənməsinə, həmçinin, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında, mədəni irsin təbliğində, erməni lobbisinin ideoloji təxribatlarının qarşısının alınmasında önəmli rol oynayır. 
Həmrəylik günü Azərbaycan diasporu üçün ən mühüm bayrama çevrilmişdir. Məhz bu bayram müxtəlif ölkələrdə yaşayan həmvətənlilərimizin bir-biri ilə əlaqə qurmasında, onlar arasında birlik və həmrəylik yaratmaq işində mühüm vasitədir. 
Cənab Prezident İlham Əliyevin bəyan etdiyi kimi, xaricdə yaşayan hər bir Azərbaycanlının maraq və mənafeyinin qorunması dövlətimizin başlıca vəzifələrindən biridir. Məhz bu siyasətin istiqamətlərindən biri olaraq xaricdə yaşayan azərbaycanlıların diaspordan lobbiyə çevrilməsi məsələsi daim diqqət mərkəzində olan məsələlərdəndir. Bu siyasətin davamı olaraq cənabPrezident İlham Əliyev “ Dünya azərbaycanlılarının II qurultayının keçirilməsi” barəsində 2006-cı il fevralın 8-də tarixi Sərəncam imzaladı. Məhz bu Sərəncama uyğun olaraq, martın 16-da Bakıda keçirilən növbəti toplantıda xaricdə yaşayan azərbaycanlıların diaspordan lobbiyə çevrilməi istiqamətində yeni addımlar atılmış oldu. Bu qərarın tarixi əhəmiyyəti onda idi ki, ölkəmizlə bağlı tarixi həqiqiətlərin dünya ictimaiyyatına çatdırılmasında mühüm əhəmiyyətə malik idi.

Türkdilli xalqların həyatında mühüm hadisəyə çevrilən, Azərbaycan və Türk diasporu təşkilatlarının birinci forumu 2007-ci ildə martın 9-da Bakıda təşkil edildi. “Bir millət, iki dövlət” pirinsipi bu diaspor təkilatlarının şüarına çevrilərək fəaliyyətinin əsasını təşkil edir. 
Dünya azərbaycanlılarının I qurultayında yaradılmış Əlaqələndirmə Şurası 2008-ci il dekabrın 18-də keçirilən iclasında “Dünya azərbaycanlılarının Xartiyası” adlı sənəd qəbul edildi və bu sənəd birlik və mütəşəkkiliyin artmasına  xidmət etdi. Həmçinin cənab Prezident İlham Əliyevin fərmanı ilə 2018-ci il 6 iyul tarixində Azərbaycan Diasporuna Dəstək Fondu yaradıldı. Fond Azərbaycan diaspor təşkilatlarının fəaliyyətinə dəstək vermək, onun maddi-texniki bazasını yaxşılaşdırmaq, dünyada daha geniş tanıtmaq, həmçinin xaricdə yaşayan azərbaycanlıların sosial müdafiəsini gücləndirmək məqsədi daşıyır.

Prezidentin təşəbbüsü ilə 2019-cu ildə “Diaspor fəaliyyətində xidmətə görə” medalı təsis edildi.

“Müqəddəs Vətən müharibəsi zamanı xaricdə yaşayan soydaşlarımızın düşmənin və anti-Azərbaycan dairələrinin  məkrli təxribatlarına qarşı cəsarətli etirazları, Azərbaycan həqiqiətlərinin  dünya icimaiyyətinə  çatdırılması işində fədakar xidmətləri Qələbəmizə layiqli töhfə olmuşdur” deyən ölkə başçısının sözlərində tarixi həqiqət vardır. Məhz Vətən müharibəsi Azərbaycan xalqının birliyini, hər zaman Prezident, Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşdiyini, hər an səfərbər olduğunu bir daha sübut etdi. II Qarabağ müharibəsi zamanı siyasi əqidəsindən, vəzifəsinndən, statusundan və ən əsası milli mənsubiyyətindən aslı olmayaraq əsl həmrəylik, əsl vətəndaşlıq nümayiş elətdirdilər. Ölkə başçısının da vətənpərvərliyi xalqımızı bu mübarizə də bir daha həmrəy edərək, torpaqlarımızı işğaldan azad olunmasında önəmli rol oynadı.
Beləliklə, 44 gün ərzində hər anı qəhrəmanlıqlarla dolu olan Vətən müharibəsində qazanılmmış böyük tarixi qələbə  ölkəmizin ərazi bütövlüyünü təmin edərək, həmrəy olan xalqı bir daha yumruq kimi sıx birləşdirdi!
Əliyeva Əminə
Bakı şəhəri, 84 nömrəli məktəbin tarix müəllimi

Sozcu.info



Oxşar Xəbərlər

Xəbər lenti