Dünən, 19:35
7-01-2025, 22:26
29-12-2024, 15:22
28-12-2024, 19:14
24-12-2024, 09:46
Omeqa 3 yağ turşuları döş xərçənginə qarşı ən uğurlu qida vasitəsi hesab edilir.
Sozcu.info xəbər verir ki, Ontarionun Gelf universitetinin alimləri Omeqa-3 yağ turşularının faydalarına dair yeni bir araşdırma apararaq, yağlı balığın döş xərçənginin qarşısını almaq üçün əla qida olduğunu tapdı. Təcrübələr zamanı omeqa 3 müalicəvi potensialı ilə tanınan kətan yağını belə üstələyib.Balıqlarda olan omeqa-3 yağ turşuları xərçəng şişlərinin ölçüsünü 60-70% azaldır. Həkimlər hesab edir ki, şişlərin qarşısını almaq üçün həftədə 2-3 pay yağlı balıq yemək lazımdır.
Təcrübə zamanı döş xərçəngindən (HER-2 forması) əziyyət çəkən siçanlar müxtəlif növ omeqa-3 yağ turşuları ilə qidalandırılıb. Nəticədə məlum olub ki, Omeqa-3 yağlı balıqlar şişlərə ən çox təzyiq edici təsir göstərir.
Alimlərin araşdırmalarına görə, Omeqa-3-ün bitki mənbələri də şiş böyüməsinin dayandırılmasına kömək edir. Balıqdan alınan yağ turşuları şişləri 60-70%, kətan yağından olan yağ turşuları isə şiş ölçüsünü 30% azaldır. \\Medicina.az