Dünən, 23:48
28-04-2026, 12:14
22-04-2026, 13:21
17-04-2026, 19:33
15-04-2026, 23:31
Hər şey Amerikada, 39-cu gündə, 104-cü qarşılaşmada bəlli olacaq
Tarixdə ilk dəfə mundial üç ölkədə keçiriləcək
Sozcu.info “Vestnik Kavkaza” istinadla xəbər verir ki, FİFA dünya çempionatlarının keçirilməsi formatını dəyişib. Bu barədə məlumat FİFA-nın mətbuat xidmətinin 14 mart tarixli açıqlamasında verilib.
Beləliklə, 2026-cı ildə dünyanın ən yaxşı komandası adı uğrunda artıq 32 yox, 48 komanda mübarizə aparacaq. Komandalar 12 qrupa bölünəcək. Pley-offda hər bir dördlükdən iki yaxşı komanda, həmçinin finişə 3-cü yerdə ən yaxşı göstəricilərlə çıxmış 8 milli iştirak edəcək.
DÇ-2026 turniri 39 günə davam edəcək, bu dövr ərzində 104 oyun keçiriləcək.
Xatırladaq ki, 2026-cı ilin futbol üzrə dünya çempionatı tarixdə ilk dəfə olaraq üç ölkədə – Şimali Amerika materikində yerləşən ABŞ, Kanada və Meksikada keçiriləcək.