27-11-2024, 17:30
25-11-2024, 17:52
8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
“Biz Cənubi Qafqazda sülhsevər gələcəyin təşviqinə sadiq qalırıq. Biz hesab edirik ki, birbaşa dialoq məsələlərin həlli üçün açardır, lakin mən sadəcə olaraq görüşlərdən irəli getməyə hazırlaşmıram”.Sozcu.info xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin mətbuat katibinin müavini Vedant Patel ənənəvi brifinqdə jurnalistin sualına cavab olaraq bildirib.“Biz bu iki ölkəyə öz nümayəndə heyətləri ilə danışmağa şərait yaratmışıq. Ancaq açıq-aydın bizim ABŞ tərəfdən bir sıra rəsmilər bununla dərindən məşğul olub. Aydındır ki, Qafqaz danışıqları üzrə baş müşaviri Lui Bono təkcə bu görüşlər vasitəsilə deyil, həm də Cənubi Qafqazda davamlı fəaliyyəti sayəsində bununla dərindən məşğul olub. Bilirsiniz ki, katib Blinken dünən səhər plenar iclasda iştirak edib və bazar günü axşam bu nazirləri şam yeməyində qonaq etmək imkanı əldə edib”, - V. Patel bildirib.Jurnalistin, bu müddətin sonunda tərəflərin bir-birinə nə qədər yaxınlaşacağı ilə bağlı ABŞ-ın gözləntisi barədə sualına isə mətbuat katibinin müavini belə cavab verib:“Mən sadəcə bir fərziyyəyə girmək fikrində deyiləm. Gəlin hər hansı şərh verməzdən əvvəl bu prosesin həyata keçirilməsinə icazə verək”.