“Uber” şirkətinin fəaliyyəti qadağan edildi


Sozcu.info xəbər verir ki, Türkiyə məhkəməsi taksi xidmətləri göstərən beynəlxalq “Uber” şirkətinin fəaliyyətini qadağan edib.

Məhkəməyə şikayət ərizəsi ilə İstanbul Taksi Sürücüləri Assosiasiyası müraciət edib.

Məhkəmə “Uber”in fəaliyyətini sağlam olmayan rəqabət ilə bağlı qadağan edib və ölkə ərazisindən şirkətin saytına girişin dayandırılmasını qərara alıb.



Oxşar Xəbərlər

Xəbər lenti