Dünən, 12:29
Dünən, 00:52
16-06-2026, 09:32
15-06-2026, 11:07
12-06-2026, 21:58
Bu ilin yanvar-may aylarında Dövlət Gömrük Komitəsinin (DGK) xətti ilə büdcə daxilolmaları 2 milyard 527,581 milyon manat təşkil edib.
Sozcu.info DGK-ya istinadən xəbər verir ki, bu, 2022-ci ilin eyni dövrü ilə müqayisədə 22,5 % çoxdur.
Son 1 ildə gömrük rüsumları üzrə daxilolmalar 21,5 % artaraq 625,175 milyon manat, əlavə dəyər vergisi (ƏDV) üzrə - 22,4 % artaraq 1 milyard 802,573 milyon manat, aksizlər üzrə - 48,8 % artaraq 79,541 milyon manat, yol vergisi üzrə daxilolmalar isə 13 % azalaraq 20,291 milyon manat olub.