Dünən, 17:30
25-11-2024, 17:52
8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
Ermənistanın Baş naziri Nikol Paşinyan bu gün – iyunun 20-də 2020-ci il sentyabrın 27-də başlanmış hərbi əməliyyatların şəraitinin öyrənilməsi üzrə istintaq komissiyasının iclasında iştirak etmək üçün dəvət olunub.Sozcu.info erməni KİV-ə istinadla xəbər verir ki, Baş nazir canlı yayımda komitə üzvlərinin suallarını cavablandıracaq.İndiyədək istintaq komissiyasında müharibə illərindən bir neçə yüksək rütbəli hərbçi çıxış edib, amma hamısı qapalı iclasda çıxış edib.Qeyd edək ki, hələ aprel ayında Nikol Paşinyan müxalifəti onu istintaq komissiyasında dindirməyə çağırmışdı. O, həmçinin 19 oktyabr 2020-ci ildə müharibənin dayandırılmamasının səbəbləri ilə bağlı istintaq komissiyasında çıxış edəcəyinə söz verib.Xatırladaq ki, bu Ermənistanda parlamentin istintaq komissiyası müharibədən il yarım sonra yaradılıb. İstintaqı yalnız hökumətin deputatları aparır. Müxalifət bütün sessiyaları boykot edib. Bu gün də müxalifət komissiyanın iclasını boykot edəcəyini bəyan edib. Onlar bunu “şou” hesab edir, məqsədin siyasi məsuliyyəti Paşinyandan götürmək olduğunu bildirirlər.