10-09-2025, 10:22
18-08-2025, 13:24
4-08-2025, 08:32
13-07-2025, 14:49
4-07-2025, 23:20
Bakı metropoliteninin iki stansiyasında avtobuslarda nağdsız ödəniş üçün hazırlanan yeni mobil tətbiqin QR kodu vasitəsilə ödənişin tətbiqi nəzərdə tutulur.
"Report" xəbər verir ki, bunu "K Group" MMC-nin ("BakıKart"ın operatoru) direktoru Orxan Bayramov avtobuslarda nağdsız ödənişlər üçün yeni mobil tətbiqin təqdimatı ilə bağlı keçirilən tədbirdə bildirib.
Onun sözlərinə görə, hazırda bu istiqamətdə iş aparılır: "Tətbiqin QR kodu ilkin olaraq təzə stansiyalarda mümkün olacaq".
O. Bayramov vurğulayıb ki, avtobuslarda tətbiq vasitəsilə ödəniş isə onu tam istifadəyə veriləndən sonra olacaq.