26-06-2026, 21:14
23-06-2026, 12:29
23-06-2026, 00:52
16-06-2026, 09:32
15-06-2026, 11:07
Dövlət Sosial Müdafiə Fondu tərəfindən Qurban bayramı ilə əlaqədar qrafikdən əvvəl iyun ayının müavinət, təqaüd və ünvanlı dövlət sosial yardımları bu gün tam ödənilib.
Bu barədə Sozcu.info-ya Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən bildirilib.
Qeyd edilib ki, bundan əvvəl, iyunun 9-da Bakı, Sumqayıt şəhərləri, Abşeron rayonu, iyunun 14-də isə bölgələr üzrə, habelə güzəştli şərtlərlə pensiya alan şəxslərin iyun ayının pensiya ödənişləri həyata keçirilib.
Beləliklə, bu ay üzrə bütün pensiya, müavinət, təqaüd və ünvanlı dövlət sosial yardımları ödənilib.