AYB-ni kimlər gözdən salır

Azərbaycan Yazıçılar Birliyinin ictimai-siyasi, ədəbi ortamda nə qədər önəmli rol oynadığı hamıya məlumdur. Müstəqillik illərində ədəbiyyatın inkişafı, yazıçıların sosial vəziyyətinin yaxşıladırılmasında xeyli müsbət addımlar olubdur. Birliyin indiyə qədər yaşamasında və nailiyyətlər əldə etməsində dövlətin qayğısı həmişə özünü göstərmişdir. Ədəbiyyatın çiçəklənməsində Birliyin rəhbərliyinin və başqa bəzi tanınmış qələm əhlinin gözə çarpan xidmətləri danılmazdır. Ancaq  bunula bahəm, AYB-nin fəaliyyəti haqqında mətbuat və sosial şəbəklərdə birmənalı olmayan qalmaqallı, böhtan yazılara indi də rastlaşmaq olar. Bəs görəsən AYB və onun rəhbərliyinin əleyhinə olan məlumatlar haradan, kimlərdən qaynaqlanır, onların məqsədi nədir? Adını söyləmyən mənbənin bildirdiyinə görə,  dost da, düşmən də eyni ocaqdadır. Belə ki, brliyin adına kölgə salanların kənarda yox, qurumun daxilində olduğu iddia olunur. AYB ilə əlaqədar saytlarda və sosial şəbəkələrdə gedən böhtan məlumatlardan bir qismi də AYB-nin kadrlar şöbəsindən sızdırılır. O da deyilir ki, kadrlar şöbəsində müdirin ali təhsili olmayan qohumu AYB-dəki köhnə işçilərinin bir çoxundan yaxşı maaş alır.   Yaxşı olardı, xeyli zamandır AYB-nin çörəyini yeyib, yersiz, etikasız əməlləri ilə onu gözdən salmağa çalışanlar vicdanlarına baxıb hərəkət etsinlər.

Sozcu.info



Oxşar Xəbərlər

Xəbər lenti