Azərbaycanda çox adamın əziyyət çəkdiyi xəstəliklə bağlı ŞAD XƏBƏR


Hipertoniyanın müalicəsində çox vacib yeniliyə imza atılıb.

Sozcu.info xəbər verir ki, bu barədə məlumatı tanınmış kardioloq Firdovsi İbrahimov açıqlayıb.

O bildirib ki, kəşf edilən yeni preparat dəri altına bir dəfə vurulduqda 6 ay təzyiqi stabil saxlayır:

firdovsi-Ibrahimov-3.jpg (58 KB)

"Yan təsiri bəzi xəstələrdə sadəcə inyeksiya yerində minimal qızartıdan ibarətdir. Hiperkalemiya (yüksək qan kalium - red.) müşahidə edilməyib, qaraciyər testləri qorunub və böyrək funksiyaları stabil qalıb".

Musavat.com bildirir ki, hipertoniya qan təzyiqinin yüksək olmasıdır və arterial təzyiqin (AT) 140/90 mm.c.süt-dan yuxarı qalxmasına deyilir. Dünya əhalisinin 26 faizi təzyiq xəstəliyindən əziyyət çəkir. Qlobal sağlıq problemi hesab edilən yüksək təzyiq üçün əsas hədəf orqanlar ürək, beyin, böyrəklərdir.

Həkimlərin məlumatına görə, Azərbaycan hipertoniya xəstəliyinə görə dünya ölkələri arasında orta yerlərdən birini tutur. Ancaq xəstəlik ölkəmizdə get-gedə inkişaf etməkdə, hipertonik xəstələrin sayı çoxalmaqdadır.

Hipertoniya "səssiz qatil" adlanır. Xəstəlikdən əziyyət çəkənlərin çoxu problemin olduğunu bilmir. Çünki hipertoniya heç bir əlamət olmadan, simptomsuz keçə bilər. Buna görə də, belə hallara şübhə yaranarsa, qan təzyiqini mütəmadi ölçmək vacibdir.



Oxşar Xəbərlər

Xəbər lenti