Bu gün, 10:25
27-11-2024, 17:30
25-11-2024, 17:52
8-11-2024, 10:40
5-11-2024, 21:00
Suraxanı rayonunda abadlıq-quruculuq işləri geniş miqyas alaraq qəsəbələrdə yol infrastrukturunun yenidən qurulması, su və kanalizasiya xətlərinin çəkilməsi, parkların təmir olunaraq abadlaşdırılması işləri davam etdirilir.
Sozcu.info xəbər verir ki, qəsəbələrdə asfalt örtüyü olmayan küçələrdə, həmçinin uzun müddət əsaslı şəkildə təmir olunmayan yollarda asfaltlanma işləri aparılır, piyadaların rahat və təhlükəsiz hərəkətlərini təmin etmək üçün səkilər tikilir, yol kənarlarına yaşıllıqlar salınır. Eləcə də sutkanın qaranlıq saatlarında işıqlandırmanı təmin etmək məqəsədi ilə yeni işıq dirəkləri quraşdırılır və ya bərpa olunur.
Sürətlə abadlaşan Əmircan qəsəbəsində də genişmiqyaslı abadlıq-quruculuq layihəsi çərçivəsində asfaltlama işləri aparılır.
Qeyd edək ki, hazırda A.Rzayev küçəsindəki növbəti döngələrə asfalt örtüyü vurulur.
Həmçinin, rayon ərazisində asfaltlanmasına ehtiyac olan digər küçələrdə də bu işlər mərhələli şəkildə aparılır.
Sozcu.info