8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
Həmişə və hər yerdə qurub-yaradan, qurduqları ilə bahəm adlarını da dünənimizdən bu günümüzə, bu günümüzdən isə sabahımıza yadigar, nişan qoyan insanlara qurucu adı veriblər, xalqlar, millətlər. Tarixdə bu sayaq qurucular çox olub. Zəmanəmizə onlardan bəzilərinin adı, bəzilərinin isə qurub-yaratdıqları «şedevrlər» qalıb. Qədirbilən insanlar da həmin qurucuların bizə miras qoyduqları nə varsa onlara baxa-baxa tarixdə tarix yaradanlara və yaşadanlara Uca Allahdan qəni-qəni rəhmət diləyiblər.
…İndinin özündə də az deyil bu sayaq, xalqdan, eldən-obadan «qurucu» adını ərməğan alanlar. Bu sayaq qurucuların bəziləri nəyinsə xatirinə, qurduqları nə varsa, özlərinin nəfinə qurur. Bəziləri isə bu quruculuğu Vətən borcu, millət qayğısı hesab edir və həmişə, hər yerdə, elədiklərini vicdanının səsinə qulaq asa-asa eləyir.
Bu sayaq qurucu insanlardan biri də hazırda Suraxanı rayonunda İcra Hakimiyyətinə başçılıq edən Əziz Əzizovdur, desəm əsla yanılmaram. Eşitdiyimə və bildiyimə görə Əziz Əzizov harada və hansı vəzifədə işləyib işləsin, quruculuğu ilə özünü xalqın xidmətçisi bilib. Həmin yerlərin adamları hörmət əlaməti olaraq ona «Qurucu Əziz» ayaması veriblər. Ona “Cənab Əzizov”- yox, sadəcə olaraq Əziz müəllim deyiblər.
İndi başçılıq etdiyi Suraxanı rayonunda da böyükdən-kiçiyə hamı ona, Əziz müəllim deyə müraciət edir. Bu da səbəbsiz deyil. Əziz müəllim heç zaman vəzifəsi, mövqeyi ilə öyünməyib, insanlara, xüsusən də sadə zəhmət adamlarına yuxarıdan aşağı baxmayıb və daim özünü xalqının, dövlətinin xidmətçisi hesab edib. İndinin özündə də ən yaxın dostları, sadə əmək adamlara və milli-mənəvi sərvətlərin daşıyıcıları - sənət və peşə ustaları Əziz müəlliminə hörmət edir, xətrini əziz saxlayırlar. Bu da səbəbsiz deyil. Əziz müəllim həmişə xalqın içində olur, insnaların sevincinə sevinir, kədərinə şərik çıxır. Bu hal-xasiyyət isə onun insani keyfiyyətindən mayanıb. Əziz müəllim bircə baxışla müsahibinin daxili aləmini görür, halına acıyır, vəziyyətini anlayır, el demiş, ağlayanla ağlayıb, gülənlə gülür. Harada olursa olsun, hansı vəzifədə işləyirsə işləsin, öz əməyi və hamıya, hər kəsə qayğı-sayğısı ilə insanların ürəyində aşiyan qurub. Elə buna görə də Əziz müəllim həmişə və hər yerdə elin əzizi olub, camaat ona qurucu Əziz deyib.
Tanınmış yazıçı Məmməd Əfşan deyir ki, Əziz müəllimi şəxsən tanımasam da, haqqında çox eşitmişdim. Deyilənə görə harada, hansı vəzifədə işləyib, vəzifə məsuliyyətini dərk edib, vicdanla çalışıb, adamlarla işləməyi bacarıb. Özü də hər yerdə vicdanın səsinə qulaq asıb, ətrafındakıları da bu səsi dinləməyə öyrədib, işgüzar, bacarıqlı və qurucu şəxs olub.
Əziz müəllim Bakı şəhəri Yasamal rayonunda İcra Hakimiyyətinin başçısı kimi az - cəmi bir il işlədi. Lakin bir il ərzində rayonda apardığı böyük quruculuq işlərinə, yaratdığı səliqə-səhmana baxanda onun barəsində deyilənlərin, həqiqət olduğunu anladım. O, az vaxtda rayon ərazisində iki mədəniyyət və istirahət parkı və uşaq əyləncə guşələri, Yasamal ərazisində tikilməkdə olan sosial evlərin inşaasını sürətləndirdi, həmin məhəlləyə iki tərəfli yol çəkdirərək, rayonda ən çox gediş-gəlişli yol olan A.M.Şərifzadə küçəsində nəqliyyatın hərəkətini tənzimlədi, məhəllələrdə və həyətlərdə nümunəvi çəliqə-səhman yaratdı, bir neçə küçəyə asfalt döşətdirdi, yeni-yeni yaşıllıq zolaqları saldırdı küçə və meydançalarda bağ və parklarda on minlərlə yeni ağac tingləri əkdirdi. Bir sözlə, İcra başçısı bütün günü yorulmaq bilmədən işlədi, rayonun ərazisini el demiş, dörd dolandı, nəzərə çarpan xırda-para nöqsanları aradan qaldırıb, verdiyi tapşırıqların icrasını dönə-dönə yoxlayır, adamlarla iş üstündəcə görüşür, söhbətləşir və onların arzu və istəklərini dinləyirdi. Bir sözlə, Əziz müəllimi İcra Aparatında görmək az-az hallarda olurdu.
Rayonun bir ziyalısı və jurnalisti kimi, bir işin qaydaya düşməsi üçün günlərin bir günü Rayon İcra başçısı ilə görüşməyi qərar aldım və görüşdüm də. Başçı məni çox mehribanlıqla qarşılayıb, tanışlıqdan sonra gəlişimin məqsədini soruşdu:
- Müəllim, şikayətin nədəndir?
- Mən şikayətə gəlməmişəm. Xahişə gəlmişəm, - dedim və əlavə etdim, - həyətimizin yanında bir zibilxana var. İl boyu ora kim gəldi, zibil atır. İstəyirəm həmin zibilxananı düzəltdirib, ora ağac əkib, yaşıllıq salım. Ona görə də…
- Ora kimin balansındadır? Rayonun, yoxsa?
- Əslində indi heç kimin. Əlli il əvvəl orada Bakı Dövlət Universitetinin yataqxanalarının qazanxanası idi. Sonra Bakı Dövlət Universiteti özü üçün müasir qazanxana tikdi və həmin qazanxana ləğv edildi. Bundan sonra sahibsiz qazanxana ayrı-ayrı işbazlar tərəfindən söküldü, buxar qazanları və boruları sökülüb satıldı. Yataqxana binalarında qaçqınlar yerləşdirildi. Bundan sonra həm yataqxanada, həm də yaşayış binaların həyətlərində kim əlinə nə keçdi atdı həmin yerə və ora oldu üfunət mənbəyi.
İndi oranı hamarlatdırıb, ağac və gül əkmək istəyirəm.
- Əla fikirdir. Günü bu gün ora baxaram.
Dediyi kimi də elədi, zibilxanaya baxdı və oranı dərhal zir-zibili təmizlətdirib, ağac əkərik, - deyərək Rayon Yaşıllaşdırma İdarəsinə göstəriş verib, özünəməxsus xoş təbəssümlə gülümsəyib məni yola saldı.
Əziz müəllim iş gününün axırında həmin zibilliyə baxır. Ora 50 ting gətirilməsini tapşırdı. Səhər tezdən özünün iştirakı ilə zibilxana təmizləndi və Əziz müəllim də bir dəstə adamla ora gəlib, hamarlanmış zibilxanada əlliyə qədər ağac əkdirdi. Ağacları suvarmaq və qulluq etmək üçün fəhlə ayırdı. Amma su məsələsi həll edilmədi. Başladı bağda təzə əkilmiş ağacları, vedrə bitonla suvarmağa. Sonra orada səliqə-səhman yaratdıq növbənöv gül-çiçək əkdirib və iyul ayında zibillik oldu əsil gülüstan.
Əziz müəllimin özü dəfələrlə bura gəlib gülbaxçaya baxıb onu yaradanlara afərin dedi. Bir dəfə də Rayon Yaşıllaşdarmı İdarəsinin işçilərini çağırıb:
- Gedin, Mətbuat küçəsindəki 31 və 33-cü binanın yaxınlığındakı güllü baxçaya baxın və utanın. Qoca müəllim əkdiyimiz əlli ağacın hamısın göyərdib həndəvərində gül-çiçək əkib. Siz isə əkdiyiniz bir yana, yaşıl ağacları da baxımsızlıqdan qurutmusunuz…
Çox təəssüf ki, Əziz müəllim Yasamal rayonundan tez getdi. Cənab Prezidentin sərəncamı ilə onun quruculuğunu, işgüzarlığını, təbiət və həyat vurğunluğunu nəzərə alıb şəhərin ucqarında, gözdən-qulaqdan uzaq olan Suraxanı rayonuna İcra Hakimiyyətinin başçısı təyin etdi. Bundan sonra Əziz müəllim quruculuq fəaliyyətini Suraxanı rayonunda davam etdirdi.
Qeyd edim ki, Suraxanı rayonu şəhərin Yasamal, Səbayil, Nəsimi, Nərimanov, Xətai və Nizami rayonlarına nisbətən ərazisi etibarilə xeyili böyükdür. Rayon bir neçə qəsəbəni, kəndi və yeni salınmış yaşayış sahəsini əhatə edir və hər birinin də özünəməxsus yol, işıq, qaz, su, istilik və s. problemi vardır. Əziz Əzizov rayona gələn kimi, peşəkarlardan ibarət mötəbər bir komissiya yaratdı.Bülbülə, Əmircan, Bakıxanov, Qaraçuxur, Suraxanı, Hövsan qəsəbələrində və yeni salınmış digər yaşayış massivlərində, nəzərə çarpan əyər-əksikləri, çatışmazlıqları diqqətlə yoxladıb, onların aradan qaldırılması üçün tədbirlər planı hazırlayıb, müəyyən vaxt ərzində həyata keçirməyə başladı. Yoldan, işdən, sudan əziyyət çəkən qəsəbələrə, xüsusən də Əmircan qəsəbəsinə bütünlüklə asfalt döşəndi. Bakıxanov qəsəbəsinin səkiləri yenidən düzəldilib, qaydaya salındı, Qaraçuxur qəsəbəsində bərbad küçələr yenidən qurulub, başdan-başa işıqlandı rayondakı yaşıllıqların sahəsi artırıldı və sair və ilaxır.
Suraxanı rayonun sakinləri işgüzarlığına, qayğıkeşliyinə, adamlarla xoş münasibətinə və quruculuğuna görə Əziz Əzizovdan razılıq edirlər. Onun quruculuğuna, yaradıcılığına, təşəbbüskarlığına və insanlara, xüsusən də şikayətçilərə göstərdiyi insani münasibətini bildirənlərin biri də, Qaraçuxur qəsəbəsində yaşayan jurnalist Arzuman Loğmanoğludur. Əziz müəllimin quruculuğundan söz düşəndə o, dedi:
- Doğrudanda Əziz Əzizov əsl xalq adamıdır. Rayonun sosial və mədəni inkişafı üçün gecə-gündüz çalışır. Gündə o boyda rayonu azı bir dəfə gəzib- dolanır. Adamlarla görüşüb, söhbət edir, şikayətlərini öyrənir və dərhal da tədbir görür, nöqsanları aradan qaldırır. Vətən Müharibəsi başlayandan bəri onun qayğıları daha da artıb. Bir ayağı Bakıda olanda, o biri cəbhə bölgələrində olur, döyüşçülərə sovqat dayşıyır, yaralı döyüşçülərə baş çəkir, şəhidlərin dəfnini təşkil edir. Niyə uzağa gedək. mən yaşadığım küçə yaman gündə, yollar bərbad idi. Yayda tozdan, qışda palçıqdan getmək mümkün deyildi. Bunun üçün əvvəlki İcra başçılarına dəfələrlə müraciət etsək də, şikayətimi qulaqarıdan vurmuşdular.
Əziz Əliyev Suraxanı rayonununa başçı təyin edildikdən sonra təmir-tikinti işləri, o cümlədən yol-nəqliyyat infrastrukturunun yenilənməsi istiqamətində mühüm layihələr həyata keçirilir. Rayon ərazisində yolların yenidən qurulması ilə vətəndaşların rahat gediş-gəlişini təmin etmək üçün hazırda Suraxanı rayonu, Hövsan qəsəbəsində, Əmircanda, Binə Südçülük sovxozu adlandırılan yaşayış sahəsindən Məscidə gedən 1 970 metr uzunuğunda (11 820 kv.metr) yolda asfaltlanma işləri aparılır və quruculuq-abadlıq işləri davam etdirilir.
Əziz Əzizov Suraxanı rayonuna İcra başçısı gələndə vəziyyəti ona da dedim. Diqqətlə məni dinlədi. Həmin gün işdən sonra bizim küçəyə gəldi, vəziyyəti gözü ilə gördü. Neçə gün keçməmiş, küçənin yenidən qurulmasına başlandı. Xır daşındı, səki daşları quruldu və asfalt döşəndi və işıqlandırıldı. İndi həmin küçə camaatın gəzinti, seyrangah yeri olub. doğrudan da, Əziz müəllim qurucu adamdır. Bunu ki, sən görmüsən, əziz dost! Yasamal rayonunda, «zibilxananı» güllü baxça etdiyini hər yerdə danışırdın.
Bəli, Əziz müəllim Yasamal rayonunu güllü bağçaya çevirdi. O, kişi təbiət, həyat, gözəllik adamı idi. Əsl qurucu rəhbər idi. Gecə-gündüz yaradırdı, qururdu, adamları dinləyir, istəklərini yerinə yetirirdi. Quruculuq missiyasını vicdanla və daima yerinə yetirdiyinə görə hamı şəxsən mən də daxil olmaqla ona minnətdarıq.