Suraxanı paytaxtın mərkəzi rayonları ilə rəqabət aparmaq səviyyəsindədir

Suraxanı rayonu uzun illər gözdən uzaq, könüldən iraq olub. Əslində, bu təəssüratı yaradan rayona rəhbərlik edən şəxslərin vəzifələrini layiqincə yerinə yetirməməsinə görə yaranıb. Çünki  Prezident İlham Əliyevin 12 noyabr 2019-cu il tarixli Sərəncamı ilə Əziz Əzizov icra başçısı təyin olunandan sonra uzun illər “gözdən uzaq, könüldən iraq” olan Suraxanıda vəziyyət tamamilə dəyişib. Suraxanı rayonunda əhalini ən çox narahat edən məsələlərin önündə yolların bərbad, piyadaların rahat və təhlükəsiz hərəkət etməsi olub. Son bir il ərzində bu istiqamətdə Suraxanı rayonunda çox işlər görülüb. Həm də bu işlər yalnız rayonun mərkəzi ərazilərində deyil, bütün qəsəbələrində həyata keçirilir. Bu mənada Hövsan və Zığda həyata keçirilən işlər Qaraçuxur və Yeni Suraxanı qəsəbələrində görülən işlərdən geri qalmır. Əmircan və Bülbülə qəsəbələrində həyata keçirilən işlər digər qəsəbələrdəki işlərdən də geri qalmır. Suraxanı rayonunda görülən işlərin ən çox diqqət çəkən tərəfi qəsəbələrin mərkəzi küçələri ilə yanaşı  məhəllədaxili yollarda asfaltlanma işlərinin də aparılmasıdır. Bu işlərlə paralel olaraq rayon əhalinin səmərəli istirahətinin təmin edilməsi üçün abad məhəllələrin salınması davam etdirilir. Binaların ətraf əraziləri asfaltlanır, abadlaşdırılır, yeni yaşıllıq zolaqları salınır, söhbətgahlar, idman və uşaq meydançaları quraşdırılır.

"İDEA" İctimai Birliyinin təşəbbüsü ilə "Bizim həyət" layihəsi çərçivəsində Qaraçuxur qəsəbəsi, Yeni Günəşli “V” yaşayış sahəsində salınan 22, 23, 24, 25, 26, 27, 28 saylı binaları əhatə edən məhəllədə yekun təmir işləri aparılıb. Sözügedən yaşayış binalarının fasadları, dam örtükləri və giriş hissələri tam təmir olunub, giriş qapıları və pəncərələr yenilənib, həyətdə kommunikasiya xətləri nizama salınıb, yeni işıq dirəkləri quraşdırılıb, sakinlər tərəfindən zəbt olunmuş ərazilər ümumi istifadəyə qaytarılaraq yerində idman, futbol, uşaq meydançaları, söhbətgahlar qurulub. Bu tədbirlər tədricən Suraxanı rayonun simasın dəyişir. Artıq tam əminliklə demək olar ki, Suraxanı rayonu daha paytaxtın “gözdən uzaq, könüldən iraq” rayonu deyil. Əksinə, Suraxanı rayonu indi paytaxtın mərkəzi rayonları ilə rəqabət aparmaq səviyyəsindədir.

Suraxanı rayonunda dəyişikliyin baş verdiyi ən önəmli sahə isə insanlara diqqətin artırılmasıdır. Xüsysulə də şəhid ailələrinə və qazilərə göstərilən qayğı  və münasibət diqqət çəkicidir. Suraxanı Rayon İcra Hakimiyyəti "şəhid ailəsi qəhrəmanlarımızın bizlərə əmanətidir"- məntiqi ilə hərəkət edərək Suraxanı rayonundakı hər bir şəhid ailəsinə diqqətlə yanaşır və qayğı göstərməyə çalışır. 

Suraxanı Rayon İcra Hakimiyyəti başçısı aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin əməkdaşları müntəzəm şəkildə şəhid ailələrini ziyarət edərək onların sosial problemləri  ilə maraqlanırlar. Həmçinin ailələrə yardımların göstərilməsi, problemlərin öyrənilib həll edilməsi əsas vəzifələrdən biridir.

Suraxanı Rayon İcra Hakimiyyəti uşaq və yeniyetmələrin, gənclərin, o cümlədən gənc və həssas qruplara aid olan ailələrin iştirakı ilə milli-mənəvi dəyərlərin, ailə dəyərlərinin qorunub saxlanılaraq gənc nəslə aşılanması, gənclərin vətənpərvərlik ruhunda tərbiyə olunması ilə bağlı fəal işlər aparılır. Qeyd edək ki, bu sahədə görülən işlər yaxşı nümunə kimi təqdir olunmalıdır.

Ümumiyyətlə, Suraxanı Rayon İcra Hakimiyyətinin fəaliyyəti təqdir olunmaqla yanaşı, yaxşı nümaunə kimi təbliğ olunmalıdır. Çünki son bir ildə bir neçə rayonun icra hakimiyyəti başçısının korrupsiya ittihamı ilə həbs olunması yerli hakimiyyət orqanlarının fəaliyyəti ilə bağlı müəyyən mənfi rəylər doğurub. Belə bir vəziyyətdə yaxşı nümunələr daha çox təbliğ olunmalıdır, vətəndaşlar da  görsünlər ki, istək olanda arzu olunan işlərə nail olmaq da asan olur.

Arzuman Loğmanoğlu,

Sozcu.info



Oxşar Xəbərlər

Xəbər lenti