SON DƏQİQƏ! Əhaliyə şad xəbər - Ucuzlaşdı


Son günlər tikinti materialları bazarında qiymətlərin ucuzlaşması ilə bağlı məlumatlar yayılmaqdadır. Bəzi ekspertlər Rusiya milli valyutasının ucuzlaşması ilə əlaqələndirirlər. Hətta qiymətlərin ucuzlaşmasının evlərin də qiymətinə öz təsirini göstərəcəyini söyləyənlər də var.

Bəs, ucuzlaşmaya səbəb nədir?

Sozcu.info xəbər verir ki, daşınmaz əmlak bazarı üzrə ekspert Ramil Qazımzadə Bizim.Media-ya açıqlamasında, bunu ilk növbədə tikinti mövsümünün başa çatması ilə əlaqələndirib.

Adətən qış aylarına doğru tikinti işlərinin azaldığını söyləyən ekspertin sözlərinə görə, həm ev, mənzil və ya bina tikmək istəyən şəxslər, həm də inşaat işçiləri bütün işləri yaz-yaz aylarına saxlayırlar:

“Bundan başqa, Rusiyadan gələ tikinti materiallarının qiymətlərində də ucuzlaşmalar baş verir ki, bu rus rublunun dəyərdən düşməsi ilə bağlıdır. Tikinti bazarındakı bolluq da qiymətlərə təsir edir. Səbəbi odur ki, bu materiallarının alqı-satqısı dollarla həyata keçirilir. Hazırda rublun dəyərinin dollarla müqayisədə ucuzlaşması əslində daha çox məhsul almağa imkan verir. Əsasən də indiki vaxtda hazırda taxta materialları almaq sahibkarlara sərf edir”.

Ekspert, əsasən taxta materiallarının 300 manata qədər ucuzlaşdığını diqqətə çatdırıb:

“Ötən ilin mart ayında 1.5 dəfə, yəni 150 faiz bahalaşma vardı. Bu da təxminən 450-480 manat deməkdir. Hazırda isə bu məhsulları 280-300 manata almaq olar. Eyni zamanda, əvvəllər 45-50 manata olan dikt materiallarında da eyni vəziyyət yaşanmaqdadır və hazırda onlar 22-24 manata təklif olunur.

Bu da Rusiya-Ukrayna müharibəsi zamanı bazardakı qıtlığın yaranması ilə bağlı idi. Çünki həm Ukrayna, həm də Rusiya istehsalı olan materialların idxalı azalmışdı. Amma sonrakı dövrlərdə sahibkarlar başqa yollar tapmaqla, hər iki ölkədən materialların idxalını təmin etdilər və bazarda bolluq yarandı.

Ancaq indi qiymətlərdəki dəyişikliklər bu müharibədən əvvəlki dövrə qədəm qoyub. Daxili bazarda satılan bəzi bəzi tikinti materiallarının qiymətində isə artımlar olub. Bu da özünü sementin dəyərində göstərir. Əvvəllər 7.40 manat olan 40 kq-lıq “M-400” sementi daxili bazarda 7.50-8.50 manat arasında təklif olunur”.

Ekspert, bu il bazarda bolluğun olduğunu da diqqətə çatdırıb:

“Bu da daha çox rus rublunun qiymətinin düşməsi, eləcə də yerli istehsalda artımla bağlıdır. Həmçinin bu il əvvəlki illərlə müqayisədə ölkədə tikinti bumu yaşanmadı.

Hətta Qarabağın bəzi yerlərində layihələrin bir çoxu icra olunub. Hazırda isə kosmetik işlər aparılır. Yaxın gələcəkdə bu proses başa çatacaq və tikinti bumunu müşahidə edəcəyik”.



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}