Bu gün, 01:18
26-06-2026, 21:14
23-06-2026, 12:29
23-06-2026, 00:52
16-06-2026, 09:32
Gələn ildən ehtiyac meyarının həddi artırılacaq. Belə ki, ehtiyac meyarı 246 manatdan 270 manata çatdırılacaq.
Bu, Hesablama Palatasının 2024-cü ilin dövlət büdcəsi haqqında qanun layihəsinə rəyində öz əksini tapıb.
Millət vəkili Vüqar Bayramov atv-yə bildirib ki, ehtiyac meyarının artırılması ünvanlı sosial yardım alan ailələrin sayını artıracaq: "Hazırda 5 nəfər üzvü olan ailənin 800 manatlıq gəliri ilə aldığı sosial yardımın məbləği 430 manatdırsa, gələn il bu rəqəm 520 manata qədər yüksələcək".