8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
Təcavüzkar mentaliteti ilə Qafqazın bütün digər etnoslarından əsaslı şəkildə seçilən ermənilər zaman-zaman Azərbaycanın öz tarixi torpaqlarını ələ keçirməyə çalışmışdır. Ermənistanın bugun regionda gözdən düşməsi ve işğalçı dövlət olması bunu birdaha sübut edir. Bu gün regionda yaranmış yeni geosiyasi durum, terrorizm və ekstremizmlə mübarizənin bütün dünya üçün prioritetə çevrilməsi onun bölgədəki mövqeyinə də öz təsirini göstərməkdədir. Uzun illər boyunca Rusiyanın hərbi-siyasi müttəfiqlikliyindən istifadə edərək yeritdiyi işğalçı siyasətə görə hər zaman məsuliyyətdən kənarda qala bilmişdir.Lakin, İkinci Qarabağ Müharibəsi başa çatandan sonra Azərbaycanının qazandığı qələbə Ermənistanın məğlubiyyəti ilə nəticələndi və Ermənistanı regionda gözdən düşməsi ve işğalçı dövlət kimi dünyaya tanıtdı.
Azərbaycan qələbə qazandıqdan sonra 2020-ci il noyabr tarixində dövlətlər arasında Üç Tərəfli Bəyanat imzalandı. Bəyanatın dördüncü maddəsində deyilirdi ki,qanunsuz erməni birləşmələri oz silahlarını təhvil verib, Azərbaycan ərazisini tərk edəcəklər. Lakin, Ermənistan üstündən 3 il vaxt keçməsinə baxmayaraq, məqsədyönlü şəkildə Azərbaycana qarşı terror aktları həyata keçirtdilər və beləliklə, sazişin maddələrinə riayyət etmədilər. Nəticədə, Azərbaycan ərazilərini minaladılar, Azərbaycan ərazisində qanunsuz zirehli texnikalar top və artilleriya qurğuları yerləşdirdilər, tez-tez atəşkəsi pozdular, yerli sakinlərin yaşadıqları yerlərə minalar basdırdılar.
Bununda qarşılığında Azərbaycan sentyabr ayının 19-da günorta saatlarında Qarabağda öz ərazisində suverenliyi təmin etmək üçün lokal xarakterli antiterror əməliyyatına başladı. Lokal xarakterli antiterror tədbiri cəmi bir gün ərzində həyata keçirildi və nəticədə Azərbaycan öz suverenliyini bərpa etdi və qanunsuz erməni silahlı birləşmələrini öz mövqelərindən çıxartdı. Bununlada Ermənistan dövlətinə göstərdiki, onların bundan sonrada həyata keçirəcəkləri təxribatlara layiqli cavab veriləcəkdir.
İkinci Qarabağ Müharibəsində olduğu kimi bu antiterror əməliyyatında da ağır relyef şəraitinin olmasına və düşmən mövqelərinin daha yüksəkdə olmasına baxmayaraq Azərbaycan əsgəri öz gücünü, mübarizliyini, cəsurluğunu göstərərək qısa zaman ərzində hərbi uğurlar əldə etmişlər. Ermənistan ordusunun böyük hissəsi məhv edilmiş, hərdi texnikalar sıradan çıxarılmışdır. Əlbəddəki, humanist siyasətimizdən, insan faktorunun üstun tutlmasından irəli gələrək antiterror əməliyyatı zamanı mülki əhaliyə toxunulmamış, onunların təhlükəsizliyi qorunmuşdur.
Lakin, böyük təəssüf hissi ilə qeyd etmək olar ki, antiterror tədbirləri itgisiz olmadı Azərbaycanın suverənliyi uğrunda öz canını fəda edən şəhidlərimiz və yaralı əsgər və zabitlərimiz oldu. Onlar bizlərin qəlbində daim yaşayacaqlar. Antiterror əməliyyatı çox uzun çəkmədi. Bu, erməni hökümətini təşvişə saldı və cəmi 1 gün sonra onlar təslim olub bizim şərtlərimizi qəbul etməyə hazır olduqlarını və Qarabağda yaşayan erməni icmasının nümayəndələri Yevlax şəhərində görüşməyə və birbaşa dialoq üçün addımlar atmağa hazır olduqlarını bildirdilər..Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Antiterror tədbirləri haqqında xalqa müraciətində, işğaldan azad edilmiş bölgələrdə yenidənqurma işlərinin aparılacağını və eyni şəraiti Xankəndidə, Ağdərədə, Xocavənddə, Əsgəranda, kəndlərdə yaradılacağını qeyd etmişdir. Həmçinin, Qarabağ erməniləri üçün müxtəlif sosial proqramlar icra etməyə hazır olduğunu demişdir. Ermənistan dövləti tərəfindən törədilən cinayətlərə baxmayaraq erməni xalqının heçvaxt günahlandırılmaması və Qarabağ ermənilərinin Azərbaycan vətəndaşı olduğunu bir neçə dəfə dediyini xatırladan İlham Əliyev hesab edir ki, bu gün "Qarabağda yaşayan sadə insanlar üçün yeni tarixi bir şans" yaradılıb. "O şansı əldən verməsinlər". Ölkə başçısının belə müdrik siyasəti bundan sonrakı illərdə Cənubi Qafqazda yeni reallıqların yaşanacağı, və insanların sülh mühitində yaşayacağını göstərir.Ölkə başçısı öz çıxışında ermənistan rəhbərliyi və onun xaricdəki havadarlarına mesajlar verərək demişdir ki, Ermənistan silahlı qüvəllərinin Azərbaycan ərazisində qalması qanunsuzdur və buna son qoyulmalıdır. Qarabağın Azərbaycan ərazisi olduğunu bütün dünyanın bildiyini və ermənistanın da bunu artıq gecdə olsa başa düşdüyünü qeyd edən ölkə prezidenti Azərbaycanın bütün adımlarının hüquqi və ədalətli olduğunu söylədi. Həmçinin prezident Azərbaycan və Ermənistan arasındakı məsələnin tənzimlənəcəyini və Cənubi Qafqaz ölkələrinin üçtərəfli formatda əməkdaşlığı haqqında işlərin getdiyini vurğuladı.Çıxışının sonunda ölkə Prezident vurğuladı ki, ərslər boyu davalar, müharibər yaşayan ölkəmizə artıq sülh gəlir. Azərbaycan xalqını daim bir yumruq kimi birləşməyə, iradə və güc faktorunu əsas tutaraq daim bir olmağa çağırdı. Ölkəmizə xor baxanları, torpaqlarımıza göz dikənləri xəbərdar etdiki, həmin Dəmir yumruq yerindədir və hər zaman yerində olacaq və unutmayın ki, Qarabağ Azərbaycandır...Səriyyə Cəfərova
Suraxanı rayonu, 172 nömrəli tam orta məktəbin psixoloqu
Sozcu.info