Yetkinlik yaşına çatmayan şəxslərə dair yeni QADAĞAN


Yetkinlik yaşına çatmayan şəxslərə dair yeni qadağa müəyyənləşir.

Bu, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Cinayət-Prosessual Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb.

Layihəyə əsasən, cinayət təqibi üzrə qiyabi icraatın xüsusiyyətləri müəyyənləşir. Məhkəməyədək qiyabi icraat yalnız ibtidai istintaq şəklində aparılacaq. Barəsində cinayət təqibi üzrə qiyabi icraat aparılan təqsirləndirilən şəxsə dair cinayət işi ayrıca icraata ayrılacaq. Yetkinlik yaşına çatmayan şəxslər barəsində cinayət təqibi üzrə qiyabi icraatın aparılmasına isə yol verilməyəcək.//APA



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}