Planetimizlə bağlı həyəcan: Yerin temperatur həddini keçmək üçün SON TARİX


Beynəlxalq iqlimşünaslar qrupu temperaturun sənayedən əvvəlki səviyyələrdən 1,5 dərəcə selsi həddini keçməsi üçün ehtimal olunan vaxt çərçivəsini açıqlayıb.

Sozcu.info xəbər verir ki, “Earth System Science Data” jurnalında dərc olunan araşdırmaya görə, bu, mədən yanacaqlarından karbon dioksid emissiyaları artmağa davam etdiyi üçün yeddi il ərzində baş verə bilər.

Alimlərin fikrincə, 2002-ci ildə qalıq yanacaqların yandırılması nəticəsində karbon qazı ilə çirklənmə 1,1 faiz artıb. Qlobal temperaturun yüksəlməsinin 2030-cu ilə qədər Paris Sazişinə əsasən müəyyən edilmiş 1,5 dərəcə selsi həddini aşması ehtimalı təxminən 50 faizdir. Lakin digər parnik qazlarının təsiri nəticəsində bu dövrlə bağlı qeyri-müəyyənlik yaranır.

Paris Sazişinə əsasən, artımın 1,5 dərəcə selsi ilə məhdudlaşdırılmasına üstünlük verilir, baxmayaraq ki, əsas məqsəd sənayedən əvvəlki səviyyədən iki dərəcədən çox artımın qarşısını almaqdır. Əks təqdirdə, elm adamları iqlim sisteminin çox gözlənilməz olacağını və təbiət hadisələrinin baş vermə tezliyinin əhəmiyyətli dərəcədə artacağını hesab edirlər.

oxu.az



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}