8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
Bu günlərdə Qazax-Tovuz Regional Təhsil İdarəsi üzrə Şəmkir rayon təhsil sektorunun müdiri vəzifəsindən azad edilən Qüdrət Əliyevə yeni vəzifə veriləcək.Sozcu.info bildirir ki, Publika.az-a etibarlı mənbələrdən daxil olan məlumata görə, Şəmkirin həbsdə olan keçmiş icra başçısı Alimpaşa Məmmədovun "sağ əli" Qüdrət Əliyev Şəmkir şəhər M.Füzuli adına tam orta məktəb-liseyə direktor göndərilir.Məlumatlara görə, Alimpaşa Məmmədovun dövründə uzun müddət icra başçısının birinci müavini işləmiş Qüdrət Əliyev heç vaxt pedaqoq kimi fəaliyyət göstərməyib və müəllim kimi şagirdlərin qarşısına çıxmayıb.Qeyd edək ki, keçmiş icra başçısı Alimpaşa Məmmədov DTX tərəfindən həbs olunarkən, Qüdrət Əliyev də saxlanılmışdı.