Tozsoranın içində qiyməti 1,4 milyon manata yaxın olan üzük tapıldı


Sozcu.info “Vestnik Kavkaza” portalına istinadla xəbər verir ki, 750 min avro (1 372 792,5 manat) qiymətində olan itmiş üzük tozsoranın içərisindən tapılıb.

 

Malayziyalı biznesmen qadın Parisdəki “Ritz” otelində bahalı üzüyünü ititib. Sahikar xanım administrasiyaya şikayət edərək, mağazaya getdiyi zaman üzüyü masanın üzərinə qoyduğunu, qayıtdıqdan sonra isə tapmadığını deyib. Üzük gözlənilməz bir yerdə - tozsoranın toz kisəsində tapılıb. Sonu yaxşı bitən həyəcanlı hadisə barəsində məlumatı “Le Parisien” nəşri verib.



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}