Pulsuzluqdan qeydiyyatdan keçməyən azərbaycanlı gənc ölkədən QOVULDU


Tıva Respublikasında dekabrın 16-da axşam saatlarında Şiviliq stasionar keçid məntəqəsində polis Tuvadan kənarda hərəkətdə olan “Daewoo Nexia” markalı avtomobili saxlayıb.

Lent.az Rusiya mediasına istinadla bildirir ki, avtomobili Tümen vilayətində yaşayan 33 yaşlı Rusiya vətəndaşı olan azərbaycanlı idarə edib. Onunla birlikdə Azərbaycan Respublikası vətəndaşı olan 22 yaşlı sərnişin də olub. Onun Rusiyada qalmaq hüququnu təsdiq edən sənədləri olmayıb. Həmin şəxslər 7 saylı polis bölməsinə aparılıb.

Polis əməkdaşları sərnişinin Rusiyada daimi və ya müvəqqəti yaşayış yerinin olmadığını müəyyən ediblər. Onun ölkədə qalma müddəti 2023-cü ilin mayında başa çatıb. Gənc tibbi müayinədən keçməkdən yayınıb və biometrik məlumatlardan istifadə etməklə şəxsi identifikasiyadan keçməyib. O, problemini həll etmək üçün maddi imkanı olmadığını bildirib.



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}