Dünən, 15:28
11-01-2025, 19:35
7-01-2025, 22:26
29-12-2024, 15:22
28-12-2024, 19:14
Baş Prokurorluq dəm qazı təhlükəsindən qorunmaq üçün əhaliyə müraciət edib.
Sozcu.info xəbər verir ki, müraciətdə deyilir:
- 1 kv.m təbii qazın yanması üçün 2m kub oksigen və ya 10m kub hava tələb olunur. Vanna otağına daima təmiz hava daxil olmalıdır ki, oradakı oksigen yanaraq bitməsin və dəm qazı yaranmasın.
- Yanma prosesində hava çatışmadıqda qazın natamam yanması baş verir və nəticədə kəskin zəhərləyici xassəyə malik dəm qazı əmələ gəlir.
- Dəm qazının əmələ gəlməsinin qarşısını almaq üçün yanma məhsulları olan otaqlarda tez-tez havanın dəyişdirilməsi, qızdırıcıların hava sovurucu borularının yaxşı işləməsinə nəzarət etmək lazımdır.
- Qapalı mühitdə qaz yandırılarkən mütləq nəfəsliklər açıq olmalıdır.
- Dəm qazı ilə yüngül zəhərlənmə zamanı insanda başgicəllənmə, baş ağrısı, quru öskürək, ürəkbulanma, qusma kimi əlamətlər meydana çıxır.
- Daha ağır zəhərlənmə isə qıcolmalar, huşun uzun müddət itirilməsi, beyin ödemi, ürəyin zədələnməsi baş verir.