Azərbaycanda 40 yaşlı kişiyə ərə verilən 17 yaşlı qız toyda başqasına qoşulub qaçdı - İDDİA


Daxili İşlər Nazirliyi (DİN) Azərbaycanda 17 yaşlı qızın həyatı təhlükəsi ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan bildirilib ki, Gəncə Şəhər Baş Polis İdarəsinin 3-cü Polis Bölməsinin əməkdaşlarının keçirdikləri axtarış tədbirləri nəticəsində həmin şəxsin yeri müəyyən edilərək ailəsinə təhvil verilib:

“Onu da qeyd edək ki, xanım 2006-cı il təvəllüdlüdür və ailə qurarkən 17 yaşı olub. Həyatı təhlükəsi yoxdur”.

Oxu.Az-ın əldə etdiyi məlumata görə, xanımın bir müddət əvvəl itkin düşməsi barədə polisə məlumat daxil olub. O, evdən başqa kişi ilə qaçarkən 5000 manat dəyərində qızıl da aparıbmış.

***

Azərbaycanda 17 yaşlı qızın həyatı təhlükə altındadır.

Bu barədə sosial şəbəkələrdə məlumat paylaşılıb.

İddia edilib ki, Göygöl rayonunda 2007-ci il təvəllüdlü qız 40 yaşlı kişiyə ərə verilib.

Bir müddət sonra isə qız əri ilə getdiyi toyda başqa kişiyə qoşulub qaçıb.

Həmin şəxs isə bir müddət sonra qızdan imtina edib.

Atası xaricdə olan qızı 11-ci sinif şagirdi olan qardaşının öldürməsi təhlükəsi olduğu iddia edilir.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat katibi Teymur Mərdanoğlu bildirib ki, faktla bağlı araşdırma aparılır.



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}