“Bu evlərə sənəd verilməyəcək" -Açıqlama


Məlum olduğu kimi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti icazəsiz tikililərlə bağlı qanun layihəsi hazırlayır. Bildirilib ki, həmin tikililərlə bağlı problemi köklü surətdə həll etmək üçün İqtisadiyyat Nazirliyinin təşəbbüsü ilə aidiyyəti dövlət orqanlarının əlaqələndirilən fəaliyyəti çərçivəsində müvafiq layihələrin hazırlanmasına dair işçi qrupu yaradılıb. Öncədən konsepsiya işlənib və hökumətə təqdim edilib. Hazırda məsələnin həlli istiqamətində qanun layihəsi üzərində iş aparılır.

Sozcu.info xəbər verir ki, millət vəkili Tahir Rzayev Bakupost.az -a bildirib ki, bu gün ölkədə təhlükəli zolaqlarda inşa edilən onlarla tikili var. Belə tikililərlə bağlı müəyyən tədbirlərin görülməsi çox vacibdir:

“Sürüşmə zonasında və vulkanların ətrafında, neftli ərazilərdə tikilən evlər var. Bu evlərə sənəd vermək olmaz. Çünki sürüşmə əraziləri, vulkanların ətrafı təhlükəli zonadır. Orada yaşamaq insanların həyatı üçün təhlükəlidir. Neftli ərazilərdə də çoxlu sayda evlər tikilib. Belə ərazilərdə də yaşamaq insan həyatı üçün təhlükəlidir. İnsanlar illərdir ki, mühafizə zolağında, yüksək gərginlikli elektrik xətlərinin altında, neft borularının üzərində, dəmir yolu xətlərinin kənarında, məqbul olmayan, təhlükəsizliyi təmin olunmayan ərazilərdə ev tikiblər. Ona görə də, bu gün belə evlərə hüquqi sənəd vermək mümkün deyil".



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}