Şahbuzda şagirdin məktəbdə zorakılığa məruz qaldığı iddia olunur – Nazirlik araşdırır


Şahbuz rayon Sələsüz kənd tam orta məktəbində 7-ci sinif şagirdinin təhsil müəssisəsinin işçiləri tərəfindən zorakılığa və təhqirlərə məruz qaldığı iddi olunur.

Sozcu.info xəbər verir ki, bu barədə “Gündəlik Naxçıvan”a məktəblinin qohumları məlumat veriblər.

İddiaya görə, buna səbəb, yeniyetmə qızın məktəbin dərs hissə müridi Ç. N-in nəvəsi ilə dalaşması olub. Bildirilir ki, bundan sonra Ç. N və Uşaq Birliyinin rəbhəri S. H. şagirdi döyüb, həmçinin əxlaqsız söyüşlərlə təhqir ediblər.

“Onlar bir neçə uşağın qarşısında qızın saçından yolub, fiziki güc göstərib, onu hündür səslə küçə söyüşləri ilə təhqir ediblər. Bundan xəbər tutan valideynlər söhbət aparmaq üçün məktəbə getsələr də, onlar da təhqir olunaraq, qapıdan qovulublar. Sonda da deyiblər ki, əgər harasa şikayət etsələr, qız məktəbdən qovulacaq”, - şagirdin yaxınları bildirib.

Onlar deyirlər ki, təhqir olunan şagird aldığı psixoloji travmaya görə, bir daha məktəbə getmək istəmir:

“Valideynləri polisə şikayət etdilər. Polis də məktəbə gəlib müəllimlərin tərəfini saxladı. Sahə müvəkkili dedi ki, belə şeylər məktəbdə normal haldır. Ümid edirik ki, hadisə ictimailəşdikdən sonra aidiyyəti qurumlar tərəfindən obyektiv araşdırma aparılacaq”.

Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyindən yeniavaz.com-un müvafiq sorğusuna cavab olaraq bildirilib ki, məsələ araşdırılır.



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}