28-04-2026, 12:14
22-04-2026, 13:21
17-04-2026, 19:33
15-04-2026, 23:31
10-04-2026, 16:52
Bu ilin əvvəlinə olan məlumata görə ölkə üzrə mövcud olan 2 milyon 394 min ev təsərrüfatının 43,2%-də və ya 1 milyon 34 min ev mərkəzləşdirilmiş kanalizasiya xəttinə qoşulmayıb.
Sozcu.info xəbər verir ki, şəhər yerində evlərin 12,8%-i, kənd yerlərində isə evlərin 81,8%-i mərkəzləşdirilmiş kanalizasiya xəttinə qoşulmayıb.
Bu sahədə ən yaxşı göstərici Bakı və Abşeron-Xızı iqtisadi rayonlarında qeydə alınıb. Abşeron-Xızı iqtisadi rayonunda mövcud olan evlərin hamısı, Bakı şəhərində isə 92,9%-i mərkəzləşdirilmiş kanalizasiya xəttinə qoşulub. Ən aşağı göstərici isə Lənkəran-Astara iqtisadi rayonunda qeydı alınıb. Bu rayonda evlərin cəmi 9,1%-i mərkəzləşdirilmiş kanalizasiya xəttinə qoşulub.
yeniavaz.com