Beyləqanda "Azərbaycan dilinin inkişafında Heydər Əliyevin rolu" mövzusunda tədbir keçirilib -Fotolar

Avqustun 1-də Beyləqan Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 1 Avqust - Azərbaycan Əlifbası və Azərbaycan Dili Gününə həsr olunmuş "Azərbaycan dilinin inkişafında Heydər Əliyevin rolu" adlı tədbir keçirilib.

Sozcu.info xəbər verir ki, rayon rəhbərliyi və qonaqlar əvvəlcə Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edib, abidə önünə gül dəstələri düzərək dahi şəxsiyyətin əziz xatirəsini ehtiramla anıblar. 

Heydər Əliyev Mərkəzində davam edən tədbirdə əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ümummilli Lider Heydər Əliyevin və Vətənimizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov giriş sözü ilə çıxış edərək tədbir iştirakçılarını salamlayıb. 

Rayon rəhbəri bu vacib günün yaranma tarixindən, Azərbaycan dilinin dövlət dili səviyyəsinə yüksəlməsində Ümummilli lider Heydər Əliyevin tarixi xidmətlərindən, Azərbaycan dövlətinin milli-mənəvi dəyərlərin qorunmasına və dilimizin inkişafına hər zaman böyük qayğı ilə yanaşmasından geniş bəhs edib. Bildirilib ki, Ana dilimizin saflığını qorumaq, inkişaf etdirmək və onu dərindən öyrənmək hər bir azərbaycanlının vətəndaşlıq borcudur və bugünkü tədbir də məhz bu amala xidmət edir. 

Daha sonra Beyləqan RİH başçısı Əziz Əzizov çıxış etməsi üçün sözü Rayon Ağsaqqallar Şurasının sədri, keçmiş Azərbaycan dili və ədəbiyyatı müəllimi Etibar İmanova verib. E.İmanov mövzu ətrafında çıxış edərək dilimizin saflığı və mənəvi zənginliyini haqqında danışmış, Ümummilli Liderin bənzərsiz nitqlərində dilimizin rəngarəng ifadə vasitələrindən ustalıqla istifadə etdiyini, Ulu Öndərin Azərbaycan dilinin bütün sahələrdə yayılması ilə bağlı ciddi işlər gördüyü və ana dilinə daim böyük əhəmiyyət verdiyini qeyd edib. 

Tədbirdə Beyləqan şəhər 1 nömrəli tam orta məktəbin Azərbaycan dili və ədəbiyyatı müəllimi Sənan Kərimov və “Mil” Sosial və İqtisadi Sahələrdə Maarifləndirmə ictimai birliyinin sədri, Azərbaycan dili və ədəbiyyatı müəllimi Mürsəl Behbudlu da çıxış edərək Azərbaycan Əlifbası və Azərbaycan Dili gününün mahiyyəti haqqında tədbir iştirakçılarını ətraflı məlumatlandırıblar.


Tədbirin sonunda Yuxarı Kəbirli kənd tam orta məktəbin məzunları Sənəm Əmrahlı, Fidan Qasımova və bədii qiraətçi Həsən Tağızadə ana dilimizə həsr olunmuş şeirlər səsləndiriblər.

Sozcu.info







Oxşar Xəbərlər

Xəbər lenti