Su BAHALAŞIR? - Agentlikdən AÇIQLAMA


Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi içməli suyun tariflərinin artırılması ilə bağlı Tarif Şurasına müraciət etməyib.

Bu barədə Sozcu.info-ya Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin nümayəndəsi Dilqəm Şərifov deyib.

Onun sözlərinə görə, istehlak olunan suyun qiymətində dəyişikliklə bağlı söhbətlər əsassız şayiələrdən doğur.

Qeyd edək ki, sosial şəbəkələrin Azərbaycan seqmentinin istifadəçiləri ölkədə iqlim dəyişikliyi ilə bağlı gözlənilən şirin su qıtlığıyla əlaqədar xəbərlər fonunda suyun qiymətinin artırılması imkanlarını qızğın müzakirə edirlər. 

Musavat.com



Oxşar Xəbərlər

Xəbər lenti