8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
Meşələrin qorunması və onların əhəmiyyəti haqqındabəhs edək. Meşələr yer kürəsinin ekosistemində böyük rol oynayır. Onlar oksigen istehsal edir, karbon dioksidi udur və havanın təmizlənməsində vacibdirlər. Meşələr həmçinin su dövranını tənzimləyir, çayların və göllərin suyunu qidamaddələri ilə zənginləşdirir. Meşələrdə çox sayda bitki və heyvan növü yaşayır. Bu növlər arasındakı tarazlıq qorunmadıqda ekosistem zərər görə bilər. Meşələrin itirilməsi nəticəsində biomüxtəliflik azalır, bu isə həm yerli flora və faunanın, həm də dünya miqyasında təbiətin zərər görməsinə gətirib çıxarır.Meşələr iqlim dəyişikliyinə qarşı mübarizədə ən güclü təbii vasitələrdən biridir. Karbon dioksidi udaraq atmosferin istilik tutumunu azaldırlar. Buna görə də meşələrin məhv edilməsi qlobal istiləşməyə səbəb olan faktorlardan biridir. Meşə kökləri torpağı möhkəm saxlayaraq eroziyanın qarşısını alır. Ağaclar suyun torpağa sızmasına kömək edir, beləliklə selin qarşısını alır və kənd təsərrüfatı üçün əlverişli şərait yaradır. Hökumətlər meşə qanunları qəbul edərək, qanunsuz kəsimlərə qarşı ciddi cəzalar tətbiq etməlidirlər. Meşə təsərrüfatı düzgün idarə edilməli və dayanıqlı istifadə edilməlidir. Meşə zolaqlarının genişləndirilməsi və bərpası üçün ağac əkmək ən sadə, lakin effektiv üsullardan biridir. Bu, ekosistemin bərpasına kömək edir və yerli təbiətin qorunmasına şərait yaradır. İctimaiyyəti meşələrin əhəmiyyəti və onların qorunması ilə bağlı maarifləndirmək, insanların təbiəti sevməsi və onu qorumaq üçün düzgün addımlar atmalarını təmin etmək lazımdır.
Bir müddət əvvəl mənbənin verdiyi məlumat və ona əlavə olunan video-foto görüntülər əsasında “Quba meşələri belə məhv edilir” adlı məqalələr mətbuatdageniş müzakirələrə səbəb olmuşdur. Belə ki, Quba meşəsinin 11-ci və 5-ci dolayında qanunsuz 300-dən çox ağacın kəsilməsindən və başqa nahiyələrdə də minlərlə ağacın məhv edilməsindən bəhs olunub.
Məqalədə ehtiva olunan məlumatları, video-foto faktları Ekologiya və Təbii Sərvətlər Nazirliyinin məsul şəxslərinə, o cümlədən, ETSN-nin mətbuat xidmətinin rəhbəri İradə İbrahimovaya göndərilmişvə araşdırma aparılacağını vəd etsələr də, heç bir nəticə əldə olunmamışdır.
Mənbənin verdiyi məlumata əsasən ağacların məhv edildiyi ünvan Quba rayonu Amsar kənd ətrafımeşələrində “Yaşıl soyqırım” daha çox məhz,gecələr baş verir. Həqiqətən də gecə yarısı, saat 23:00 - 01:00 radələrində ağac doğrayan motorlu mişarların səsi dağı belə lərzəyə gətirir.
Sağlam ağacların doğranılmasının məhz gecə həyata keçirilməsi onun göstəricisidir ki, kəsinti qanunsuzdur, necə deyərlər, “gecəni xəlvət görən tülkülərin işidir”. “Sanitar qırma” adı ilə doğranıb əldə olunan material son iki ildə özlərini sahibkar kimi hallandıran şəxslərin işlətdiyi taxta və parket sexlərinə təhvil verilir ki, onların da birbaşa Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayevə məxsus olduğu deyilir. Beləliklə, Elvin Baxışov Muxtar Babayevdən “meşələri qorumaq” tapşırığı deyil, onun regiondakı qanunsuz ağac biznesini idarə etmək tapşırığı alıb. Bu “Yaşıl soyqırım” tapşırığınıda Elvin Baxışova ona birbaşa nəzarət edənMeşələrin İnkisafi Xidmətinin rəisi Ramik Əşrəfovgöstəriş verir. Odur ki, mərkəz rəisini nazirə şikayət etmək sadəlövhlükdür. Quba meşələrində ağacların qanunsuz kəsilməsi mövzusu vacibdir və ətraf mühitə ciddi ziyan vurur. Bu problem, ekosistemin pozulmasına, torpağın eroziyaya uğramasına, heyvanların yaşayış sahələrinin azalmasına və ümumilikdə ekoloji tarazlığın pozulmasına səbəb olur. Azərbaycan Respublikasının qanunlarına əsasən, meşələrin qorunması ciddi nəzarət altında olmalıdır, lakin qanunsuz ağac kəsmələri və bu sahədə olan nəzarətsizlik, xüsusilə Quba bölgəsində narahatlıq yaradır.
Meşələrin qanunsuz kəsilməsi həm yerli sakinlərin və dövlətin iqtisadi zərər çəkməsinə, həm də gələcək nəsillər üçün təbii sərvətlərin itirilməsinə gətirib çıxarır. Bu problemə qarşı mübarizədə dövlət orqanlarının, xüsusilə Meşə Mühafizəsi və Bərpası Xidmətinin ciddi nəzarəti vacibdir. Lakin, Elvin Baxışov kimi şəxslərin fəaliyyətsizliyi bu mübarizəyə mane olur və əksinə, problemlərin dərinləşməsinə səbəb olur. Belə görünür ki, Ramik Əşrəfovun vəzifəsi və Elvin Baxışovun rəhbərlik etdiyi strukturda da problemlər mövcuddur. RamikƏşrəfovun qəbul günündə vətəndaşları qəbul etməməsi, ciddi bir məsuliyyətsizlikdir və bu cür yanaşma dövlət orqanlarının işinə olan inamı azalda bilər. Bu məsələləri qabartmaq üçün, həm qanunsuz ağac kəsmələrinin qarşısını almaqla bağlı, həm də vətəndaşların müraciətlərinin nəzərə alınmaması barədə aidiyyəti qurumlara yazılı şikayət ünvanlamaq faydalı ola bilər.
Ramik Əşrəfov 23 oktyabr 1962-ci il Oğuzda anadan olub. Voronej Texniki Meşə İnstitutunun meşə təsərrüfatı mühəndisi ixtisasını bitirib. 1988-1994-cü illərdə Meşə Təsərrüfatı Nazirliyi, Vartaşen meşə təsərrüfatı, yanğın nəzarətçisi, direktor; 1994-2001-ci illərdə “Azərbmeşə” İB, müfəttiş; 2002 –ci ildə ETSN-nin Ətraf Mühit və Təbii Sərvətlərdən İstifadəyə Dövlət Nəzarəti Müfəttişliyi, müfəttiş; 2002-2011-ci illərdə ETSN-nin Daşkəsən, Gədəbəy və Quba MMBM-lərində direktor; 2011-2013-cü illərdə Kür-Araz və digər yaşayış məntəqələrində içməli suyun ekoloji standarlarına nəzarət və təminat mərkəzi, direktor; 2013-2017-ci illərdə “Azərbaycan yaşıllaşdırma və landşaft quruluşu” ASC-nin sədr müavini, sədr əvəzi vəzifəsində işləyib. 2017-2024-cü illərdə “Azərbaycan yaşıllaşdırma və landşaft quruluşu” ASC-nin sədri vəzifəsində işləyib. 17.01.2024-cü il tarixdən Meşələrin İnkişafı Xidmətinin rəisi vəzifəsində işləyir.
22 may 2020-ci il tarixində Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə "Tərəqqi" medalı ilə təltif edilmişdir.
Mənbənin verdiyi məlumata görə Elvin Baxışovun sağ əli kimi tanınan Abdulhüseyinov Hüseyindir.Meşə soyqırımında Elvin Baxışovun əmirlərini canla-başla yerinə yetirən Hüseyn, həm Quba Meşə Mühafizə və Bərpası Müəssisəsində şöbə müdiri olaraq çalışır, həm də eyni vaxtda təhsil alır və bu da müəyyən neqativ hallara səbəb ola bilər. HüseynAbdulhüseyinovun idarədəki vəzifəsi ciddi məsuliyyət tələb edir. Əgər təhsil prosesi idarəetmə işlərinə müdaxilə edərsə, bu, işin keyfiyyətinin aşağı düşməsinə, problemlərin vaxtında həll olunmamasına səbəb ola bilər. Bu da təşkilatın fəaliyyətinə mənfi təsir göstərə bilər. Hüseynin həm işə, həm də təhsilə eyni anda cəmlənməsi, iki məsuliyyətli sahənin eyni vaxtda idarə olunmasında maraqların toqquşmasına səbəb ola bilər. O, idarədəki işləri lazımi səviyyədə icra etmək yerinə, təhsilinə daha çox önəm verə bilər. Təhsildə irəliləyiş çox əhəmiyyətlidir, lakin Hüseyn idarəetmədəki işləri tam zamanlı yerinə yetirə bilməzsə, bu, onun peşəkar inkişafını da məhdudlaşdıra bilər. İş yerində təcrübə və performans baxımından geri qalmaq ehtimalı var. İdarədə davamiyyət, iş saatları və işin vaxtında görülməsi əmək intizamına tabedir. Əgər Hüseyn təhsil ilə məşğul olarkən bu qaydaları pozarsa, bu, digər işçilər arasında narazılıq və təşkilatda neqativ atmosfer yarada bilər. Bir işçinin eyni vaxtda həm təhsil alması, həm də iş yerində yüksək vəzifədə olması, ədalətsiz rəftar və ya üstünlük təmin etmə hallarına gətirib çıxara bilər. Bu, digərləri tərəfindən neqativ qiymətləndirilə bilər və idarənin nüfuzuna zərbə vura bilər. Bütün bu hallar nəzərə alındıqda, Hüseynin iş və təhsil öhdəliklərini balanslı şəkildə idarə etməsi, işin keyfiyyətini və təşkilatın maraqlarını zərərdən qorumaq üçün vacibdir. Və nəticədə onun təhsilin necə davam etdirilməsi və işdə vəzifə xidmətini necə yerinə yetirilməsini hüquq mühafizə orqanları tərəfindən ciddi araşdırılmalıdır.Görən təhsilini necə davam etdirir başla, yoxsa ciblə?!
Meşələrin qırılması necə, görən qanuna uyğun aparılırmı?
Meşələrin qırılması yalnız Ekologiya və Təbii Sərvətlər Nazirliyindən verilən xüsusi icazə və bilet əsasında mümkündür. Hər il müəyyən bir miqdar ağacların qırılmasına icazə verilir, bu miqdar meşələrin ehtiyatlarına və ekosistemin qorunmasına əsaslanır. Miqdar il ərzində Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən təyin olunur və dəyişə bilər. Mənbənin verdiyi məlumata görə Elvin Baxışov hər il miqdardan artıq ağac qırımı zamanıqanun pozuntusuna yol verir. Qanunu birbaşa pozaraq sağlam və qiymətli ağaclara nömrəni məhz Elvin Baxışov vurur.
Amma qanuni ağac kəsimi üçün xüsusi bölgələr ayrılmalı və bu bölgələrdə yalnız icazəli şirkətlər və vətəndaşlar ağac kəsə bilər. Qırılacaq ağaclar əvvəlcədən müəyyən edilir, ya qocalmış ya da xəstə ağaclar olur. Ağac kəsmə bileti, həmin ərazidə qanuni qırma aparılmasına icazə verən sənəddir. Bu bilet olmadan meşədə ağac kəsimi qanunsuz sayılır və cəzalandırıla bilər. Qanuni ağac qırımı zamanı meşələrin bərpası üçün tədbirlər görülməlidir, yəni yeni ağaclar əkilməlidir. Bəs görəsən Elvin Baxışov bu qanunlara tam olaraq əməl edirmi? Meşə mühafizə və bərpası müəssisəsinin müdiri özbaşına ağaclara nömrə vurmaq hüququna malik deyil. Ağaclara nömrə vurulması qanuni ağac kəsimi prosesinin bir hissəsidir və bu, yalnız müvafiq dövlət qurumlarının nəzarəti altında aparılır. Belə ki, ağacların kəsilməsi üçün əvvəlcə, meşə sahəsinin vəziyyəti, kəsiləcək ağacların yaşı, sağlamlıq durumu və ekosistemə təsiri barədə ekspertiza aparılmalıdır. Bu prosesdə mütəxəssislər iştirak edir və ağacların seçilməsi bu ekspertlərin qərarı əsasında olur.Ağaclara nömrə vurulması və kəsilmək üçün seçilməsi prosesi yalnız Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müvafiq qərarından sonra mümkündür. Müəssisə müdirinin bu prosesi özü həyata keçirməsi hüquqi normalara ziddir. Prosesə mühafizə müəssisəsinin müdiri nəzarət edə bilər, lakin ağaclara nömrə vurulması və ya kəsilmə qərarının qəbul edilməsi üçün xüsusi təyin olunmuş mütəxəssislərdən ibarət komissiya olmalıdır. Əgər müəssisə müdiri bu prosesləri qanunsuz olaraq özbaşına yerinə yetirirsə, bu, qanun pozuntusu hesab olunur və bununla bağlı tədbirlər görülməlidir.
P.S. Qarşı tərəfin mövqeyini dinləməyə hazırıq.
Afət Qubalı