TƏCİLİ: Metroya giriş bağlandı – Nə baş verir?


Bakı metropolitenində qatarların hərəkəti “Həzi Aslanov” və “Dərnəgül” istiqamətlərində müvəqqəti olaraq dayanıb. 

Globalinfo.az xəbər verir ki, bu barədə “Bakı Metropoliteni” QSC-dən bildirilib.

Məlumata görə, metronun “Nizami” – “28 May” tunel yolunda qatar maşinisti tüstüləmə müəyyən edib və dərhal dispetçer mərkəzinə məlumat verib.


“Bakı Metropoliteninin normativ tələblərinə uyğun olaraq yüksək gərginlik çıxarılıb. Fövqəladə Hallar Nazirliyinə məlumat verilərək yanğınsöndürmə qrupu dəvət olunub. “Nizami” stansiyası sərnişinlərin girişinə bağlanılıb. İşıqlanma kabelində baş verən tüstülənmənin qarşısı alınıb. Hadisə zamanı sərnişinlərin təhlükəsizliyi ilə bağlı hər hansı neqativ hal yaşanmayıb. 25 dəqiqə sonra qatarların hərəkəti bərpa olunub”.



Oxşar Xəbərlər

Xəbər lenti