Suraxanıda ağacəkmə aksiyası keçirildi FOTOLAR


Oktyabrın 19-da Suraxanı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Hövsan qəsəbəsi, Polad Şirinov küçəsinin ətraf ərazisində ağacəkmə aksiyası keçirilib.

Sozcu.info  xəbər verir ki, ağacəkmə aksiyasında Rayon İcra Hakimiyyətinin başçısı Adil Əliyev, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, RİH başçısının müavinləri və Aparatın əməkdaşları, idarə, müəssisə və təşkilat nümayəndələri, rayon ictimaiyyəti iştirak ediblər.

3000 ədəd Eldar şamının əkildiyi aksiyada ağaclar suvarılıb, eləcə də onlara aqrotexniki qulluq göstərilib.
Ağacəkmə aksiyalarının keçirilməsi yaşıllıq zolaqlarını genişləndirmək, rayonun ekoloji tarazlığını bərpa etmək, insanlar arasında təbiətə qayğı hissini təbliğ etmək üçün zəmin yaradır.

Qeyd edək ki,  “Yaşıl Dünya naminə həmrəylik ili” çərçivəsində mövsümün sonunadək Suraxanı rayonunda ağacəkmə aksiyalarının davamlı keçirilməsi nəzərdə tutulub.




Oxşar Xəbərlər

Xəbər lenti