18-10-2024, 10:38
18-10-2024, 10:23
14-10-2024, 15:20
12-10-2024, 12:51
10-10-2024, 21:30
Sozcu.info xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb.
Bildirilib ki, yaranan nəqliyyat sıxlığının aradan qaldırılması məqsədilə DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin əməkdaşları yol polisi əməkdaşları ilə birgə tədbirlər görürlər.
Məhdudiyyət tətbiq edilən yollar:
1. Qara Qarayev prospekti, mərkəz istiqamətində;2. Heydər Əliyev prospekti, əsas yol, Bakı Olimpiya Stadionunun qarşısından, mərkəz istiqamətində;3. Ziya Bünyadov prospekti, Heydər Əliyev prospekti istiqamətində;4. Heydər Əliyev prospekti, əsas yol, Heydər Əliyev Mərkəzinin qarşısı, “Koroğlu” m/st istiqamətində;5. Xətai prospekti, Heydər Əliyev prospekti istiqamətində nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq edilib.
Sıxlıq olan yollar:
1. Heydər Əliyev prospekti, köməkçi yol, mərkəz istiqamətində;2. Babək prospekti, mərkəz istiqamətində;3. 8 Noyabr prospekti, Süleyman Əhmədov küçəsi ilə kəsişmədən mərkəz istiqamətində;4. Bakı-Sumqayıt şosesi, "20 Yanvar" metro stansiyası istiqamətində;5. Tbilisi prospekti, "20 Yanvar" metro stansiyasından mərkəz istiqamətində;6. Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;7. Üzeyir Hacıbəyli küçəsi, Azadlıq prospekti ilə kəsişməyə qədər;8. Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən "20 Yanvar" metro stansiyası istiqamətində;9. Ziya Bünyadov prospekti, Əhməd Rəcəbli küçəsi ilə kəsişmədən Atatürk prospekti ilə kəsişməyə qədər;10. Qara Qarayev prospekti, "Qara Qarayev" metro stansiyasından "Koroğlu" metro stansiyası istiqamətində sıxlıq müşahidə olunur.