21-12-2024, 10:25
27-11-2024, 17:30
25-11-2024, 17:52
8-11-2024, 10:40
5-11-2024, 21:00
Bakı şəhərinin müasirləşdirilməsi istiqamətində atılan növbəti addım yerüstü piyada keçidlərinin üzlənməsidir.
Sozcu.info xəbər verir ki, 8 Noyabr prospektində aparılan bu işlər sosial şəbəkələrdə müzakirə mövzusu olub.
Diqqət çəkən əsas məqam isə keçidin üzlənməsinin taxta örtüklə həyata keçirilməsi olub.
Bakı Abadlıq Xidmətinin əməkdaşı, rəssam Emin Ələkbərov 8 Noyabr prospektindəki keçidlərin taxta ilə üzləndiyi faktını təsdiqləyib.
"Bunlar xüsusi qurudulmuş vəziyyətdə olan termotaxtalardır. Onlar həm ekoloji, həm estetik, həm də rəng nöqteyi-nəzərdən, yəni rənglərin məkana uyğun seçilməsi baxımından çox uyğundur. Bu termotaxtalar estetik cəhətdən daha müasir və daha dayanıqlıdırlar. COP29-la bağlı çalışmışıq ki, plastik materiallardan uzaq olan üzlük materialları seçək", - deyə E.Ələkbərov qeyd edib.
Oxu.az