Sahil Babayev 116 min bu işə xərcləyəcək


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sifarişi ilə Qazax, Şəmkir, Tovuz, Masallı, Cəlilabad, Şəki, Siyəzən, Qax, Xızı və Ağstafa rayonlarında inşa olunmuş 23 ədəd bir mərtəbəli 2 və 3 otaqlı birtipli fərdi yaşayış evlərinin qazlaşdırılması işlərinin satın alınmasını həyata keçirib. 

Sozcu.info xəbər verir ki, bu gün həmin tenderin nəticələri açıqlanıb.
Məlum olub ki, nazirlik sözügedən qazalaşdırma prosesini “Star Layihələndirmə TQ” QSC vasitəsi ilə həyata keçirəcək. Və bu məqsədlə 116.674,86 manat pul xərcləməyi planlaşdırıb.
Qeyd edək ki, “Star Layihələndirmə TQ” QSC haqqında açıq mənbələrdə heç bir məlumat yoxdur. Bir-iki parametrdə AİİBNX bu şirkətin ölkə ərazisində qazalaşdırma prosesi keçirə biləcəyini təsdiqləyib və lisenziya verib. Lakin şirkətin nə rəhbəri, nə də konkret olaraq ünvanı məlum deyil./Tribunainfo.az/



Oxşar Xəbərlər

Xəbər lenti