Dünən, 15:22
28-12-2024, 19:14
24-12-2024, 09:46
24-12-2024, 09:32
21-12-2024, 10:25
Son illər poliklinikaların tibbi xidmətlərində rast gəlinən neqativ hallar ictimaiyyət arasında ciddi narahatlıq yaratmışdır. Vətəndaşların tibbi yardımdan vaxtında istifadə etməsi ölkəmizin səhiyyə sisteminin vacib prioritetlərindən biridir. Lakin bu sahədə bir çox problemlər hələ də mövcuddur. Poliklinikalarda uzun növbələrin yaranması vətəndaşların saatlarla vaxt itirməsinə, eyni zamanda səhiyyə sisteminə olan etimadın azalmasına gətirib çıxarır. Növbələrin yaranmasının başlıca səbəbi qeyri-effektiv iş təşkilatı və elektron qeydiyyat sisteminin olmamasıdır. Bu problemin həlli üçün elektron növbə sisteminin tətbiqi, şəffaf qeydiyyat mexanizmi və iş saatlarının optimallaşdırılması vacibdir. Bəzi tibb işçilərinin xəstələrlə kobud davranışı və etinasız yanaşması cəmiyyətdə narazılıq yaradan mühüm məsələlərdəndir. Hər bir həkim və tibb işçisi anlayışla yanaşmalı, xəstələrə peşəkar etik qaydalar çərçivəsində xidmət göstərməlidir. Bununla yanaşı, mərkəzlərdə davamlı şikayətlərə tez reaksiya verilən bir sistem yaradılmalıdır. Poliklinikalarda rüşvət hallıarının mövcudluğu vətəndaşların haqlı narazılığına səbəb olur. Tibbi xidmətlərin keyfiyyətli və səffaf qaydada təmin olunması ölkə səhiyyə sisteminin prioritet məsələlərindən olmalıdır. Bunun üçün şəffaf şikayət sistemi yaradılmalı və rüşvət hallıarını araşdıran ciddi nəzarət mexanizmləri tətbiq olunmalıdır. Avadanlıqların köhnə olması və ya işləməməsi səhiyyə sisteminin effektivliyini azaldır. Müasir texnologiyaların tətbiq edilməməsi, analiz və müayinələrin gecikməsinə gətirib çıxarır. Buna görə səhiyyə ocaqlarında müasir tibbi avadanlıqların yenilənməsi və dövlət tərəfindən bu sahəyə maliyyə ayrılması çox vacibdir. Poliklinikalarda sanitariya normalarının pozulması xəstələrin səhiyyə mərkəzlərinə olan etibarını sarsıdır. Gigiyenik qaydaların pozulması xəstələr arasında infeksiyaya yoluxma riskini artırır. Bu problemin həlli üçün gündəlik nəzarətin gücləndirilməsi və təmizliyə cavabdeh olaraq, ciddi şəkildə məsuliyyətli olmaqları üçün tibb işçiləri hər tərəfli təlimatlandırılmalıdır. Poliklinikalarda mövcud neqativ halların həlli səhiyyə sisteminin inkişafı üçün vacib addımdır. Bu problemlərin aradan qaldırılması vətəndaşların məmnunluğunu artıracaq, eyni zamanda ölkəmizdə səhiyyənin səviyyəsinin yüksəlməsinə təkan verəcək. Effektiv idarəetmə, şəffaf süni növbə sistemləri və sanitariya standartlarına ciddi riayət olunması bu yolda atılacaq mühüm addımlardır. Poliklinikalar, vətəndaşların rahat və keyfiyyətli tibbi xidmət ala biləcəyi yerlərə çevrilməlidir.
23 saylı poliklinikanın baş həkimi Sənan Əliyevin fəaliyyəti ilə bağlı vətəndaşların şikayətləri artmaqda davam edir. Məlumata görə, Sənan Əliyev özünü nazir kimi aparır, işçilərinə yüksək səslə və hörmətsiz şəkildə davranır, bu isə vətəndaşlar arasında narazılığa səbəb olur. Poliklinikanın tibbi avadanlıqları bərbad vəziyyətdədir. Poliklinikaya müraciət edən vətəndaşlar lazım olan sənədləri əldə etmək üçün günlərlə get-gələ salınır. Şikayətçilərin sözlərinə görə, baş həkimlə görüşmək cəhdləri nəticəsiz qalır.
Bu məsələlərə aydınlıq gətirmək üçün Sənan həkimlə görüşmək istədikdə, "vacib işim var" deyərək qəbul etmədi və müavini Vahid həkimə yönləndirərək “suallarınızı müavinim Vahid həkim cavablandıracaq”. Müavin Vahid Əliyev isə baş həkimin otağına gedərək məsələni baş həkimlə müzakirə etdikdən sonra geri dönüb əlini cibinə salaraq, 10 manat uzadıb "xoş getdiniz" dedi. Belə bir vəziyyət poliklinikada rüşvət və korrupsiyanın açıq şəkildə mövcud olduğunu bir daha sübut edir.
Əlavə olaraq, saat 15:00-dan sonra Sənan Əliyevin Yeni Günəşlidə şəxsi klinikasında diş həkimi olaraq fəaliyyət göstərdiyi qeyd edilir. Bu isə onun dövlət vəzifəsini ikinci plana atdığını və poliklinikada əsas iş saatlarının səmərəsiz idarə olunduğunu göstərir. Xüsusilə vurğulamaq lazımdır ki, baş həkimin müavini Vahid həkim poliklinikada “rüşvət işlərini idarə edən şəxs” kimi tanınır. Vətəndaşlar açıq şəkildə belə hallarla üzləşdiklərini bildirirlər və Vahid Əliyevin poliklinikada həkim kimi xəstələrə heç bir xidmət göstərmir.
Bu şikayətlər və faktlar poliklinikanın xidmət keyfiyyətinin tamamilə aşağı düşməsinə və vətəndaşların haqlı narazılığına səbəb olur. Məsələnin ciddiliklə araşdırılması və müvafiq tədbirlərin görülməsi zəruridir. Sonunda şəxsi diş klinikasına aid olan suallarımızı Sənan Əliyevə verməyi özümüzə borc bildik.
1. Klinikanın lisenziyası və sertifikatları haqqında məlumat verə bilərsinizmi?
2. Həkim və personalın təcrübə səviyyəsi və ixtisasları nələrdir?
3. Klinikada hansı sterilizasiya və dezinfeksiya prosedurları tətbiq olunur?
4. Müalicə zamanı istifadə olunan materialların keyfiyyəti və mənşəyi haqqında məlumat verə bilərsinizmi?
5. Fövqəladə hallarda (məsələn, müalicə zamanı yaranan komplikasiyalar) hansı tədbirlər görülür?
6. Müalicə planı və xərclər haqqında əvvəlcədən ətraflı məlumat verilirmi?
7. Klinikada hansı ödəmə üsulları qəbul olunur və hissə-hissə ödəmə imkanı varmı?
8. Sığorta şirkətləri ilə əməkdaşlıq edirsinizmi və hansı sığorta növləri qəbul olunur?
9. Pasiyentlərin məxfiliyi və məlumatlarının qorunması necə təmin edilir?
10. Müalicə sonrası dəstək və nəzarət xidmətləri təklif edirsinizmi?
Afət Məmmədova
P.S. Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.
Sozcu.info