Bu gün, 10:25
27-11-2024, 17:30
25-11-2024, 17:52
8-11-2024, 10:40
5-11-2024, 21:00
Mədəniyyət bir millətin ruhunu, tarixi keçmişini və mənəvi zənginliyini əks etdirən ən vacib dəyərlərdən biridir. O, insan cəmiyyətinin təcrübələri, adət-ənənələri, incəsənəti, musiqisi, ədəbiyyatı və həyat tərzindən ibarət kompleks bir anlayışdır. Mədəniyyətin əsas elementi insan fəaliyyətidir. İnsanlar öz düşüncələrini, duyğularını və dünyaya baxışlarını incəsənət vasitəsilə ifadə edir. Məsələn, rəsm əsərləri, musiqi parçaları və poeziya həm fərdin, həm də cəmiyyətin hisslərini əks etdirir. Bu əsərlər gələcək nəsillərə ötürülərək mədəniyyətin davamlılığını təmin edir.Mədəniyyət cəmiyyətin inkişafında mühüm rol oynayır. O, insanları birləşdirir, ortaq dəyərlər yaradır və sosial harmoniya təmin edir. Həmçinin mədəniyyət iqtisadiyyata da töhfə verir. Mədəniyyət turizmi bir çox ölkədə gəlir mənbəyinə çevrilib. Məsələn, Azərbaycan xalçaçılıq sənəti və muğam musiqisi ilə dünyada tanınır.Mədəni irsin qorunması hər bir fərdin və cəmiyyətin vəzifəsidir. Texnoloji inkişaf və qloballaşma dövründə bəzi mədəniyyətlər zəifləmək təhlükəsi ilə üz-üzədir. Buna görə də adət-ənənələrimizi, dilimizi və milli incəsənətimizi gələcək nəsillərə çatdırmaq üçün xüsusi tədbirlər görməliyik.Mədəniyyət insanlığın ən qiymətli sərvətidir. Onu yaşatmaq və inkişaf etdirmək hər birimizin borcudur. Çünki mədəniyyəti olmayan bir cəmiyyət, köksüz ağaca bənzəyir – gücsüz və dağılmağa məhkum.
İstedad və Səhnə Çevrəsində Parlayan Gənc Ulduz
Heydərov Polad Cavid oğlu haqqında danışmaq istəyirəm. Polad 1995-ci ildə Quba rayonunun Əsparasti kəndində anadan olub. 2001-2012-ci illərdə şəhid Nurəddin Rzayev adına Əsparasti kənd orta məktəbini bitirib. Daha sonra Quba rayonu Uşaq Musiqi Məktəbinin xanəndəlik şöbəsini fərqlənmə ilə başa vurub. 2013-2014-cü illərdə hərbi xidmətini başa vurduqdan sonra 2016-cı ildə Azərbaycan Milli Konservatoriyasının solo oxuma (xanəndəlik) şöbəsinə daxil olub və Xalq Artisti Arif Babayevin sinfində təhsil alıb. 2020-ci ildə ali təhsilini uğurla bitirərək musiqiyə olan böyük sevgisi ilə daha uğurlu addımlar atmağa başlayıb.
Polad Azərbaycan musiqi və teatr səhnəsində öz parlaq istedadı ilə seçilən bir ifaçıdır. Hazırda Quba rayonu B. Səfəroğlu adına Mədəniyyət Evində solo müğənni kimi fəaliyyət göstərir və ifaları ilə həm yerli sakinlərin, həm də musiqisevərlərin könlünü fəth edir.
Poladın yaradıcılığı yalnız sənətkarlıqla məhdudlaşmır. O, musiqi vasitəsilə milli mədəniyyətimizi təbliğ etməyi və gənclərə nümunə olmağı özünə məqsəd seçib. Hər bir ifasında o, dinləyicilərə dərin emosiyalar ötürərək sənətin insan ruhuna təsirini göstərir. Polad, həmçinin gənc istedadlarla çalışaraq onların inkişafına dəstək verir və mədəniyyətin yeni nəsillərə ötürülməsinə töhfə verir.
Poladın sənətkarlığı Azərbaycan mədəniyyətinə dəyərli töhfədir. Onun istedadı, səhnə bacarığı və mədəniyyətə bağlılığı onu müasir dövrün ən sevilən sənətkarlarından birinə çevirib. O, yalnız bir müğənni və aktyor deyil, həm də Azərbaycan mədəniyyətinin parlayan ulduzudur.
Afət İlkin
Sozcu.info