Beyləqanda abadlıq-quruculuq işləri davam etdirilir -Foto

Son günlər rayon mərkəzində icrasına start verilmiş geniş əsaslı təmir və yenidənqurma işləri çərçivəsində şəhərin mərkəzində, Ramiz Abbasov adına şəhər 4 nömrəli məktəbin qarşısında yerləşən Məhəmməd Əsədov  küçəsində də səkilərin əsaslı təmir işlərinə başlanılıb.
Hazırda küçə boyu səkilərin yararsız hala düşən, çatlar və qabarmalar müşahidə olunan, əhalinin hərəkətini çətinləşdirən hissələrində səki daşları və bardürləri sökülür, səkilərin kənarlarına yeni, müasir tipli bardürlər, səkilərə isə göz oxşayan tamet daşları döşənilir. 

İcrasına başlanılan təmir işlərinin tezliklə başa çatdırılması nəzərdə tutulur ki, bununla da şəhər sakinlərinin, xüsusi ilə də yaxınlıqda yerləşən müəllim və şagirdlərin rahat gediş- gəlişi təmin olunacaqdır.

Sozcu.info




Oxşar Xəbərlər

Xəbər lenti