27-02-2025, 10:37
26-02-2025, 09:59
25-02-2025, 13:33
25-02-2025, 10:44
20-02-2025, 13:55
Qarlı və buzlu hava şəraitində bəzi yollar daha təhlükəlidir.
Sozcu.info xəbər verir ki, Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovnik-leytenantı Rövşən Tağıyev həmin yolları sürücülərə izah edib və tövsiyə verib:
Körpülər və yol ötürücüləri – Havanın təsirinə daha çox məruz qaldıqları üçün tez donur.
Tunellərdən çıxış hissələri – Temperatur fərqi səbəbindən burada gizli buzlanma ola bilər.
Dönüşlər və enişli-yoxuşlu yollar – Sürüşmə riski yüksəkdir.
Yol qovşaqları və dairəvi kəsişmələr – Avtomobillər tez-tez dayanıb-hərəkət etdiyinə görə buzlanma ehtimalı artır.
Svetoforlu və svetoforsuz keçidlər – Sürücülərin tez-tez əyləcdən istifadə etdiyi yerlər olduğu üçün buzlanma ehtimalı böyükdür.
Yanacaqdoldurma məntəqələrinin giriş-çıxışları – Sıx hərəkət və dayanma səbəbindən yol səthi buz bağlaya bilər.
Avtobus dayanacaqları yaxınlığı – Piyadaların çox olduğu və avtobusların tez-tez dayandığı yerlərdə qəfil sürüşmə riski mövcuddur.
Sürücülərə bu sahələrdə daha diqqətli olmaları və ehtiyatla hərəkət etmələri tövsiyə olunur.