26-06-2026, 21:14
23-06-2026, 12:29
23-06-2026, 00:52
16-06-2026, 09:32
15-06-2026, 11:07
Genişmiqyaslı koronal dəlik səbəbindən Günəşdə formalaşan maqnit qasırğaları Yeri təsir altına alacaq.
Bu barədə Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutu və Günəş-Yer Fizikası İnstitutu məlumat yayıb.
20 aprel tarixində geomaqnit şərait sakit qalacaq, lakin artıq 21 aprel axşamından etibarən aktivliyin kəskin şəkildə artacağı və güclü maqnit qasırğası ehtimalının 80%-ə çatacağı gözlənilir.
22 aprel tarixində geomaqnit pozuntularının riski 85%-ə yüksələcək. 23-24 aprel tarixlərində isə G2 sinifinə aid olan güclü maqnit qasırğalarının pik səviyyəsi baş verəcək. Maqnit fonunun sabitləşməsi isə 25-29 aprel tarixləri arasında gözlənilir.**milli.az