Beyləqan Rayon İcra Hakimiyyətində vətəndaşların növbəti qəbulu keçirilib -Fotolar


Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin vətəndaş müraciətlərinə obyektiv və operativ baxılması, vətəndaş məmnunluğunun yüksək səviyyədə təmin edilməsi ilə bağlı müvafiq tapşırıq və tövsiyələrinə uyğun olaraq Rayon İcra Hakimiyyətinin başçısı tərəfindən növbəti dəfə vətəndaş qəbulu keçirilib.

Sozcu.info xəbər verir ki, 25 iyun 2025-ci il tarixdə icra hakimiyyətinin inzibati binasında keçirilən qəbulda Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov müavinləri və aparatın şöbə müdirləri, aidiyyəti xidmət sahələrinin rəhbərləri ilə birlikdə rayon sakinlərini qəbul edib.

Qəbul zamanı vətəndaşların müraciətləri Rayon İcra Hakimiyyətinin başçısı tərəfindən diqqətlə dinlənilmiş, qaldırılan məsələlərlə bağlı qanunvericiliyin tələbləri izah edilmişdir. İcra Hakimiyyətinin səlahiyyətlərinə aid olan məsələlər yerindəcə nəzarətə götürülmüş, digər məsələlər üzrə isə rayon rəhbəri aidiyyəti qurumların yerli nümayəndələrinə müvafiq tapşırıqlar vermişdir.

Sakinlər müraciətlərinə həssaslıqla yanaşıldığını və onların problemlərinin operativ şəkildə həll olunması üçün yaradılan şəraiti yüksək qiymətləndirərək, ölkə Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkürlərini bildiriblər.







Oxşar Xəbərlər

Xəbər lenti