13-07-2025, 14:49
4-07-2025, 23:20
3-07-2025, 22:15
18-06-2025, 08:36
5-06-2025, 14:14
BİR İLLİK
FƏALİYYƏT VƏ QAZANILAN NAİLİYYƏTLƏR……
Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 8 iyul 2024-cü il tarixli Sərəncamı ilə dövlətə və dövlətçiliyə sadiq, vətənpərvər ziyali Əziz Əzizov Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı təyin olunub. Geridə qalan bir ilin nəticələrinə əsasən demək olar ki, Əziz Əzizov ona göstərilən etimadı doğruldaraq, vəsifəsini şərəflə icra edir.
Beyləqanlıların arzusu həqiqət, yuxuları çin olub. Ötən ilin 8 iyuunldan sözün əsl mənasında rayonumuzun ən yeni tarixi yazılır. Rayon İcra Hakimiyyətinin Başçısı cənab Əziz Əzizovun tükənməz enerjisi və rəhbərliyi ilə həyatımızın elə bir sahəsi yoxdur ki, orada bir yenilik, bir tərəqqi və quruculuq olmasın.
Haraya baxırsan bir yenilik görür, bir müasirliyin şahidi olursan. Bəzən adamın inanmağı belə gəlmir ki, bu qisa bir dövrdə, kifayət qədər vaxt tələb edən işlər necə görülübdür.
İlk fəaliyyətinə şəhid məzarlarının, şəhid və qazi ailələrinin ziyarəti ilə başlaması, onların problemləri və qayğıları ilə maraqlanması onlara maddi-mənəvi dəstək göstərməsi, şəhidlərin anım günlərində, şəhidlərin ailə üzvlərinin yas mərasimlərində iştirak etməsi, İcra hakimiyyətində və kənd, qəsəbələrdə vətəndaş qəbulları zamanı rayon sakinlərinin qaldırdığı problemlərə həssaslıqla yanaşması və rayon Ağsaqqalları ilə görüsub onlardan xeyir dua almasi, insanpərvərliyini, xeyirxahlığını, abadlıqsevərliyini dünyada hər şeydən üstün tutmasi rayon əhalisinin böyük sevincinə və minnətdarlığına səbəb olub.
Əziz müəllimin həssaslığı nəticəsində istər şəhid ailələrinin məişət problemlərinin həlli, istər qazilərimizin, şəhid övladlarinin sağlamlığının müalicə və bərpası, istərsə də Vətən müharibəsi iştirakçılarının işlə təmin edilməsi məsələsi hər zaman aktuallığını qoruyub saxlayır.
İcra Hakimiyyətinin rəhbərliyi ilə rayonunda “Yaşıl dünya naminə həmrəylik ili”çərçivəsində ümumrayon iməclikləri, qanvermə aksiyalarının təşkili, şəhid Elyar Mirzəyevin xatirəsinə futbol yarışının keçirilməsi, “Yaşıl dünya naminə həmrəylik ili çərçivəsində “COP-29-Yaşıl dünya və Azərbaycan” adlı dəyirmi masanın keçirilməsi,
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi tərəfindən ayrılmış texnikalardan səmərəli istifadə olunmaqla əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması istiqamətində tədbirlərin görülməsi, Azərbaycanın Milli Qəhrəmanı Əkbərov Akif Abbas oğlunun anım gününün qeyd olunması, Sosialist Əməyi Qəhrəmanı Sevil Qaziyevanin ev muzeyini ziyarəti, rayon ərazisində dislokasiya olunmuş hərbi hissələrdə, Heydər Əliyev Mərkəzində və digər yerlərdə müxtəlif mövzuda keçirilən tədbirlərdə Əziz Əzizovun iştiraki, maraqlı, səmimi və yaddaqalan çıxışları beylqanlılar tərəfindən çox hörmətlə qarşılanır. Yeri gəlmişkən qeyd edim ki, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin 2024 cü il Avqustun 22-23-də Özbəkistan Respublikasına dövlət səfərində və ötən ilin noyabr ayının 11-də isə Bakıda start götürən BMT-nin İqlim Dəyişikliyi üzrə çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) dünyanın təxminən 197 ölkəsinin 77 mindən çox nümayəndəsini təmsil olunduğu tədbirdə Əziz Əzizovun iştirakı xüsusi əhəmiyyət kəsb edir.
Bu gün rayonda hara baxırsan bir yenilik görür, bir müasirliyin şahidi olursan. Beyləqanda aparılan quruculuq-abadlıq işləri, xüsusilə sosial problemlərin həlli istiqamətində görülən tədbirlər beyləqanlılar tərəfindən müsbət qarşılanır və icra başçısına boyuk ehtimad göstərilir.
Əziz Əzizovun ilk gündən idman sahəsini diqqətdə saxlaması, bu sahənin inkişaf etdirilməsi istiqamətində gördüyü məqsədyönlü işlər, idmançılarla görüşməsi, onları mükafatlandırması dediklərimizin əyani sübutudur. İcra başçısinin idmana göstərdiyi diqqət və qayğı sayəsində Beyləqan idmançılari regional və beynəlxalq yarışlarda rayonumuzu uğurla təmsil edirlər. Təhsilə, mədəniyyətə, səhiyyəyə ciddi önəm verən icra başçisi mütamadi olaraq həmin müəssələrdə olur, müəssələrin iş şəraiti ilə tanış olur və fəaliyyəti ilə maraqlanır. İcra Hakimiyyəti başçısı hər həftənin 2-ci günləri kənd və qəsəbələrdə, 3-cü günləri isə RİH inzibati binasında vətəndaşlar qəbulları keçirir. Qəbuldan çıxan vətəndaşlarla söhbət apararkən, onların qaldırdığı problemlərin yerində həlli istiqamətində müvafiq tapşırıqların verildiyini, bir çoxlarının isə, üzləşdiyi problemlərin yerindəcə həll olduğunun şahid olursan.
Beyləqanlilarin məhəbbətini qazanan, onların ümid və pənah yerinə çevrilən, ən çətin anlarında onlarin yanında olan xeyirxah icra başçisi Əziz Əzizovu hər gün insanlar arasinda görürük.. Beyləqanlilarin ən çətin, eyni zamanda xoş günlərində onlarla bir yerdə olur. İmkan daxilində insanlara maddi və mənəvi dəstək göstərir. Bu da onun həssas münasibətindən, qayğıkeşliyindən qaynaqlanır. Əziz müəllim ali dəyərlərinə görə beyləqanlilarin doğması tək qəbul edilir. Fəaliyyəti dövründə beyləqanlilarin maraqlarını əsas götürən, sözündə və əməlində bütöv olmasi, həyata keçirilən tikinti-bərpa işlərinin miqyası, qisa müddət ərzində bir-birinin ardinca təşkil olunan möhtəşəm tədbirlərin keçirilməsi, beyləqanlilar tərəfindən raziliqla qarşilanir.
Onun yaşlı nəslin nümayəndələrinə də, hörmət və ehtiramını rayon əhalisi yüksək qiymətləndirir.
Rayonda quruculuq və abadlıq işləri sürətlə aparılır. Şəhər sakinlərin piyada hərəkətinin təhlükəsizliyini təmin etmək məqsədilə, yol kənarında səkilər və hasarlar inşa edilir, ağacəkmə kompaniyası təşkil olunur. Sözügedən tədbirlərdə, Əziz Əzizovun iştirakının dəfələrlə şahidi olmuşuq. Onuda qeyd edim ki, Azərbaycan SSR Ali Sovetinin 19 mart 1989-cu il tarixli qərarı ilə rayonun adı dəyişdirilərək Beyləqan rayonu adlandırılsada, bundan 35 il keçməsinə baxmayaraq rayonun inzibati ərazisinə girişlərdə ad göstəriciləri yox idi. Əziz müəllim icra başçisi təyin ediləndən dərhal sonra onun rəhbərliyi ilə qisa müddət ərzində ad göstəcilərinin inşası tam başa çatdırımışdir.
Əziz Əzizov bir insan kimi ictimaiyyətin dərin hörmətini qazanmışdır. Dəniz ona görə böyükdür ki, heç bir çayı özündən rədd etmir. Əziz müəllim ona görə əsl ziyalı, vətənpərvər insandır ki, o, heç kəsi özündən uzaqda, kənarda saxlamayır. Ona müraciət edən hər bir kəsə doğmalıq, yaxınlıq göstərib və bu gün də göstərməkdədir. Beyləqanlilarin arzularını reallığa çevirən, rayon əhalisinə qarşı çox böyük sevgi, qayğı göstərən, gördüyü işlərilə məmurlara nümunə olan, qısa bir müddət ərzində, gördüyü işlərilə hamını heyrətləndirməyi bacaran xeyirxah insan... Beyləqan rayon icra hakimiyyətinin başçisi cənab Əziz Əzizovun rəhbərliyi ilə həyata keçirilən tikinti abadliq işləri bütün beyləqanlılar kimi məni də ürəkdən sevindirir və məndə bir məmnunluq yaradır. Hər bir insanin qiyməti, onun vətənə, millətə xidmətilə, əsil insanliq ləyaqəti isə vətənpərvərlik hissilə ölçülür. Şəhərdə aparilan abadliq işlərinə baxdiqca, dövlətə sədaqətilə, insanlara sevgisilə fərqlənən, vətənpərvər ziyali icra başçisi Əziz müəllimlə qürur duyuram. Yeniliklərə baxdiqca gözlərim önündə şəhərin bir il əvvəlki mənzərəsi Şəhər bazarinin sol tərəfindəki su kanallnın bərbad vəziyyəti, rayon məhkəməsinin yaxinligindaki 3 mərtəbəli binanin ətrafındakı və onlarla digər, illərlə yığışıb qalmış problrmlər artıq tarixə qovuşub. Kanal beton məcraya keçirilib, binanın ətrafında, şəhərin ümumi görünüşünə xələl gətirən hasarlar sökülərək ərazi abadlaşdırılıb və rayon sakinlərinin rahatçılığının təmini üçün çoxsaylı abadlıq və quruculuq işləri həyata keçirilərək həmin problemlər tarixə qovuşub.
Əziz müəllimin rəhbərliyilə rayon ərazisində aparilan tikinti-abadliq işlərindən saatlarla danişmaq olar. Fikirləşirəm ki, əvvələr bu natamizliyi görmürdülərmi? Görürdülər, ancaq iclasi, iclas xatirinə cagiranlar, rayonda problemlərin, həll olunacaginı alovlu çıxışlarında dəfələrlə deyənlər, çixiş edənlərə işarə edərək çixişlarini azaltmagi məsləhət bilənlər, irəli sürülən təklifləri iclas zalinda unudurdular.
Problemlər iclasdan-iclasa yada düşər və İclasdan sonra deyilən sözlər unudulardi. Möhtərəm prezidentimiz cənab İlham Əliyev xalqini sevən, dövlətçiliyə sadiq, vətənpərvər ziyali Əziz Əzizovu Beyləqan rayonuna icra başçisi təyin etdikdən sonra, bu neqativ hallar aradan qaldirildi. Verilən tapşiriqlarin icrasının Əziz müəllim tətəfindən yoxlanılmasının nəticəsidir ki, görülən işlər yüksək səviyyədə həyata keçirilir.
Beyləqan rayonunun vətəndaşlarina göstərilən yüksək diqqət və qayğıya görə Möhtərəm Prezident cənab İlham Əliyevə və Birinci vitse-prezident xanım Mehriban Əliyevaya minnətdarlığımızı bildiririk.
Eyni zamanda beyləqanlıların arzularını həqiqətə cevirdiyinə görə Əziz müəllimə təşəkkürümüzü bildirir, bundan sonrakı fəaliyyətində də uğurlar diləyirik!
İfrat Məhərrəmov
Sozcu.info