18-08-2025, 13:24
4-08-2025, 08:32
13-07-2025, 14:49
4-07-2025, 23:20
3-07-2025, 22:15
Son günlər Bakı şəhəri və Bakıətrafı ərazilərdə su təchizatında problemlər müşahidə olunur. Sozcu.info-nun redaksiyasına müraciət edən vətəndaşlar müxtəlif ünvanlarda içməli suyun verilməsində fasilələrin yarandığını bildirirlər.
Sakinlərin sözlərinə görə, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsində su dörd gündən bir verilir. Xətai rayonu, Nəsirəddin Tusi küçəsi, 18 ünvanında isə günorta saatlarında ümumiyyətlə su verilmir.
Mövzu ilə bağlı Oxu.Az-ın sorğusuna cavab olaraq İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən bildirilib ki, Bakı və Bakıətrafı ərazilərdə suyun verilməsində yaranan fasilələr müxtəlif səbəblərlə bağlıdır:
"Yay mövsümündə havaların kəskin istiləşməsi nəticəsində suya olan tələbatın artması təbii haldır. Bu səbəbdən, mövcud su qurğuları və daşıyıcı kəmərlərin ifrat yüklənməsinin qarşısını almaq və qəza risklərini minimuma endirmək üçün müəyyən tənzimləmə işləri aparılır".
Açıqlamada qeyd edilib ki, tənzimləmə tədbirləri, əsasən, fərdi yaşayış üçün nəzərdə tutulmayan, Bakıətrafı yüksəkliklərdə yerləşən və pərakəndə şəkildə salınmış yaşayış massivlərinə təsir göstərir:
"Eyni zamanda, əsas magistral su kəmərlərinin mühafizə zolağında yerləşən tikililər suyun paylanmasında və rejimlərin tənzimlənməsində əlavə problemlər yaradır".