18-08-2025, 13:24
4-08-2025, 08:32
13-07-2025, 14:49
4-07-2025, 23:20
3-07-2025, 22:15
Bu ilin yanvar-may aylarında Bakı şəhərində muzdla işləyənlərin orta aylıq nominal əməkhaqqı 1 374,9 manat təşkil edib.
Sozcu.info bu barədə Bakı şəhər Statistika İdarəsinə istinadən xəbər verir.
Məlumata görə, bu, 2024-cü ilin müvafiq dövrünə nisbətən 8,1 faiz çoxdur.
Qeyd edək ki, 2025-ci ilin yanvar-iyun aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 2024-cü ilin müvafiq dövrünə nisbətən 9,4 faiz artaraq 1097,3 manat təşkil edib. Əməkhaqqı neft-qaz sektorunda 3918,7 manat, qeyri neft-qaz sektorunda 1044,9 manat təşkil edib.
Dövlət müəssisələrində çalışan işçilərin əməkhaqları 1061,8 manat, özəl müəssisələrdə isə 1133,0 manat olub.