18-08-2025, 13:24
4-08-2025, 08:32
13-07-2025, 14:49
4-07-2025, 23:20
3-07-2025, 22:15
Sentyabrın 3-də Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov icra hakimiyyətininin inzibati binasında rayon sakinlərinin müraciətlərinin dinlənilməsi və həlli məqsədilə vətəndaş qəbulu keçirib. Qəbulda RİH başçısı ilə birgə müavinləri, aparatın şöbə müdirləri və aidiyyəti qurumların rəhbərləri də iştirak ediblər.
Sozcu.info xəbər verir ki, qəbul zamanı sakinlər sosial rifah, məşğulluq, infrastruktur, kənd təsərrüfatı və digər sahələrlə bağlı müraciət və təkliflərini səsləndiriblər. Beyləqan RİH başçısı Əziz Əzizov vətəndaşların müraciətlərini dinləyərək qaldırılan məsələlərin həlli və qanunmüvafiq izahı ilə bağlı aidiyyəti struktur rəhbərlərinə müvafiq tapşırıqlar verib.
Sakinlər ölkə başçısı cənab İlham Əliyevin rəhbərliyi altında regionlarda aparılan sosial-iqtisadi inkişaf tədbirlərinə, vətəndaşların problemlərinin həllinə göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər.