Sonsuz yağış – gənc dizaynerin duyğusal əsəri


Gənc qrafik dizayner Fidan Nəbizadə yeni illüstrasiyası ilə diqqət çəkib. “Sonsuz yağış” adlanan əsər tənhalıq, nostalji və insanın özünü axtarışı mövzularını əks etdirir.

İllüstrasiyada yağış təkcə təbiət hadisəsi kimi deyil, eyni zamanda daxili dünyanın ifadəsi kimi təqdim olunur. Yağan damcılar söylənilməmiş sözləri və gizli qalan hissləri simvolizə edir. Açıq qalmış tabut üzərində yazılmış “Left unsaid” (Söylənilməmiş qalan) sözləri isə insanın dilə gətirə bilmədiyi duyğuların ağırlığını göstərir.

Fidan Nəbizadənin işi həm estetik, həm də emosional baxımdan izləyicilərdə dərin təəssürat yaradır. Gənc qrafiq dizaynerin yaradıcılıq yolunda uğurlar arzulayırıq.

Azər Məmmədov

aia.az



Oxşar Xəbərlər

Xəbər lenti