Beyləqanda 1 Oktyabr – Prokurorluq işçilərinin peşə bayramı günü qeyd olunub - Foto


1 oktyabr – Prokurorluq işçilərinin peşə bayramı və Azərbaycan prokurorluq orqanlarının yaranmasının 107-ci ildönümü münasibətilə Beyləqan rayon Heydər Əliyev Mərkəzində tədbir keçirilib.


Sozcu.info xəbər verir ki, tədbir iştirakçıları Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edərək, dahi liderin xatirəsinə ehtiramlarını bildiriblər.


Mərkəzdə davam edən tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və Vətən uğrunda canlarını fəda etmiş şəhidlərin əziz xatirəsi ehtiramla yad olunub.


Tədbiri giriş sözü ilə açan Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov çıxış edərək, prokurorluq orqanlarının dövlət idarəçiliyində və qanunun aliliyinin təmin olunmasında əhəmiyyətli rol oynadığını vurğulayıb. O, əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulan və hazırda Prezident İlham Əliyevin rəhbərliyi ölkədə aparılan hüquqi islahatlar nəticəsində prokurorluq orqanlarının daha da gücləndiyini və peşəkarlıq prinsipləri əsasında fəaliyyət göstərdiyini qeyd edib. İcra başçısı əməkdaşları peşə bayramı münasibətilə təbrik edib və dövlətçiliyin qorunmasında və Peşə Bayramı münasibətilə bir qrup prokurorluq əməkdaşına Fəxri Fərmanlar təqdim edib.


Daha sonra Beyləqan rayon prokurorluğunun əməkdaşı Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyevin peşə bayramı münasibətilə təbrik məktubunu tədbir iştirakçılarına təqdim etdi.


Tədbirdə, həmçinin rayon Polis Şöbəsinin rəisi Ceyhun Qurbanov, rayon məhkəməsinin sədri Ramiz Nurullayev, YAP Beyləqan rayon təşkilatının sədri Müşfiq Səfərov, SHXÇDX-nin Beyləqan rayon şöbəsinin rəisi Bəxtiyar Hümbətov və rayon Ağsaqallar Şurasının sədri Etibar İmanov da çıxış edərək prokurorluq əməkdaşlarını təbrik edib, onların dövlət və cəmiyyət qarşısında məsuliyyətli missiyalarını yüksək qiymətləndiriblər.


Tədbirin yekununda Beyləqan rayon prokuroru Elşad Əzimov çıxış edərək, iştirakçıları bir daha peşə bayramı münasibətilə təbrik edib, prokurorluq əməkdaşlarının dövlət qarşısında daşıdıqları məsuliyyətin önəmini qeyd edib və onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.





Oxşar Xəbərlər

Xəbər lenti