30 İLDƏN SONRA ƏZİZ ƏZİZOVUN XEYİRXAHLİGİ VƏ QAYGİKEŞLİYİ SAYƏSİNDƏ ARZUMA ÇATDİM -Foto

Əvvəllər Beyləqanda Ülü Öndər Heydər Əliyevə həsr olunmuş tədbirlərlərə dəvət olunsamda bu tədbirlərdə  çixiş etməyim üçün şərait yaradilmadi.Ülu Öndər Heydər Əliyevlə görüşməyən və çətin anlarda onu dəstəkləməyən bəzi insanlar alovlu çixişlar edərdilər. Tədirlərdə bu alovlu çixişlar zamani, Mən də ürəyimdə    Ulu Öndər Heydər Əliyev Beyləqana 1971- 1976 və 1980 ci illərdə səfərələri zamanı 5 nömrəli pambiqçiliq sovxozuna da baş çəkib,   zəhmətkeşlərlə   görüşlər zamani pambıqçılıq sovxozunda işləyən atam  Məhərrəmov Əşrəf Adıgözəl oğlu qabaqcıl işçi olduguna görə həmişə Ulu Öndərlə görüşlərdə iştirak edərək, çıxış edib. Görüşlərin birində Ulu Öndər atamdan evinin olub-olmamasını soruşub. Atam cavabında kərpicdən kiçik bir evinin olduğunu bildirdikdə, Ulu Öndər  göstəriş verib ki, bu zəhmətkeşə təcili daşdan ev tikilsin. Və bizə qisa müddətdə daşdan ev tikilib. Sonrakı səfərlərinin birində isə, atama 06 markalı Jiquli minik maşını verilməsi üçün göstəriş verib.

Onu da qeyd edim ki, 80-cı illərdə Beyləqanın heç bir kənd yaşayış məntəqəsində hamam olmayıb. Ulu Öndərin göstərişi əsasinda qəsəbəmizdə bu problemdə həllini tapıb və qısa müddətdə hamam tikilərək istifadəyə verilməsindən  danişardim. Çixişlar bir birini əvəz edərdi məndə ürəyimdə  Ulu Öndər  Heydər Əliyevlə görüşdüyüm anlari və onun siyasi kursunu dəstəklədiyim barədə faktlarla çixişlar edərdim.   30 il gözlədim, məndə ürəyimdəki sözləri uca kürsüdən demək istəyirdim. Mənə isə söz verən  yox idi.  Mənim göstərdiyim xidmətlər nəzərə alinmirdi. Mən1992 ci ilin aprel ayında Azərbaycan Respublikası  Ali Sovetinin qarşısında yaş həddinin ləğvi  ilə əlaqədar keçirilən Ulu Öndər Heydər Əliyevə dəstək mintiqinin iştirakçısıyam.O zaman bəzi insanların  Ulu Öndər Heydər Əliyevin adını çəkməyə cəsarətləri çatmırdı. Mən isə bütün çətinliklərə baxmayaraq  Ulu  Öndəri dəstəkləyirdi.

Onuda qeyd etdim ki, bu gündə fəxr edirəm ki,   9 İyun 1993-cü ildə Ulu Öndər Heydər Əliyevin Naxçivandan Bakiya qayidişi zamani Binə hava limaninda onu qarşilayan insanlardan biri olmuşam. Yaxşı xatirimdədir,  15 oktyabr 2003-cü il: İlham Əliyevin   İlk dəfə  Azərbaycan Respublikasının Prezidenti seçildiyi gün.

15 oktyabr 2003 cü il seçkilərində Azərbaycan Kommunist Partiyasının təqdimatı ilə 81 saylı Beyləqan Dairə Seçki Komissiyasının üzvü və katibi idim və məndən əlavə daha 3 nəfər DSK-da müxalifət partiyalarını təmsil edirdi. Seçki başa çatdıqdan dərhal sonra Kommunist Partiyası istisna olmaqla digər müxalif partiyaları təmsil edən 3 nəfər seçkinin nəticələrini gözləmədən və heç bir səbəb gətirmədən rayonu tərk etdi.

Seçicilərin yüksək fəallığı sayəsində Prezidentliyə namizəd cənab İlham Əliyev rayonda yüksək səs çoxluğu ilə qələbə qazandı və Dairə Seçki Komissiyasının üzvü  və katibi kimi məndə müxalifət partiyasının  nümayəndəsi olaraq şəffaf seçkini dəstəklyib, müsbət fikirlərimi bildirərək yekun protokolunu imzaladım və seçki baş tutmuş sayıldı.

Bu xidmətlərimə baxmayaraq Ülü Öndərə həsr  edilən tədbirlrlərdə mənə 2 dəqqəlik çixiş etməyə şərait yaradilmirdi.                                         Fikirləşirdim ki, bir gün gələcək  məndə ürək sözlərimi uca kürsüdən deyəcəm. O gün gəldi, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 8 iyul 2024-cü il tarixli Sərəncamı ilə xalqini sevən, dövlətçiliyə sadiq, vətənpərvər ziyali Əziz Əzizovu Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə    təyin etdikdən sonra, bu neqativ hallar aradan qaldirildi.  İndi tədbirlərdə ürəyimdə alovlu çixiş etmirəm. Bu gün  tədbirlərdə yalniz Ülü Öndər Heydər Əliyevin siyasi kursuna sadiq  olanlara söz verilir.   Əziz müəllim mərd, xeyirxah və  qayğıkeşdir. Həmişə başqa insanlarin rahatlığını özünkündən üstün tutaraq, öz xoşbəxtliyini başqa insanlara sərf edən icra başçisidir. 

Yaşlı nəslin nümayəndəsi kimi mənə həmişə yüksək dəyər verən, keçirilən tədbirlərə dəvət edən,  Ulu Öndər Heydər Əliyevin 102 illik yubileyi  tədbirində ürək sözlərimi demək üçün  mənə şərait yaradan,vətənpərvər, dövlətə sədaqətilə seçilən, qaygikeşliyilə insanlarin rəgbətini qazanan Beyləqan rayon icra hakimiyyətinin başçısı cənab Əziz Əzizova  minnətdarligimi bildirirəm. 

30 ildən sonra Əziz müəllimin xeyirxahligi sayəsində arzuma çatdim.Ulu Öndər Heydər Əliyevə həsr olunan bütün tədbirlərdə mənim çixiş etməyim üçü şərait yaradilibdir.

Mənə dəyər verib ad günümü, Yeni il, Novruz, Ramazan,Qurban bayramlari münasibətilə məni təbrik edən  Beyləqan rayon icra hakimiyyətinin başçisi cənab Əziz  Əzizova,  və mənə dəyər verib, bayramlarimi təbrik edən, səhətimlə maraqlanan hər kəsə ayrı-ayrılıqda təşəkkür edirəm.

İfrat Məhərrəmov,

Beyləqan rayonu

Sozcu.info





Oxşar Xəbərlər

Xəbər lenti